Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Bolge
Oxunub: 265
14 may 2022 | 00:20
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO


"DogruXeber.az" xəbər verir ki, Xətai rayonu, Həzi Aslanov qəsəbəsində küçələrdə təmir-bərpa işləri aparılır. Lakin, təəssüflər olsun ki, buna "əsaslı" sözünü əlavə edə bilmirik.

Nənələrimiz demişkən, "söz vaxtına çəkər". Ötən ilin aprel-may aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Xətai rayonunun digər ərazilərində aparılan təmir-bərpa işləri barəsində məlumatında, "Aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işlər icra olunub. Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur." cümlələri qeyd edilib.

Çox təəssüflər olsun ki, Xətai rayon, Həzi Aslanov qəsəbəsində - Şirin Mirzəyev, Corat, Kazımağa Kərimov küçələri və digər ətraf ərazilərdə aparılan təmir işləri barəsində bu cümlələr tamamilə dəxlisiz qalır. Ona görə ki, həmin bərbad, çala-çuxur küçələrdə heç də yuxarıda AAYDA-nin dediyi o frezlənmə, həmçinin yararsız qrunt qazılması və bu kimi işlərin heç biri aparılmayıb. Birbaşa asvalt döşənir, vəssalam.

Doğrusu, yenicə asfaltlanmış təptəzə "qara küçələr" təqdirəlayiq hal kimi diqqətimizi çəkdi. Elə bu barədə digər rayon və bölgələrə də nümunə olsun və eyni zamanda hər kəs görülən gözəl işlərdən məlumatlı olsun deyə, görülən işlərin fotoşəkillərini də çəkib, ictimailəşdirmək qərarına gəldik. Odur ki, sözügedən ərazilərdə yaşayan sakinlərin də bu barədə sevinərək xoş sözlər deyəcəkləri və bunu da yayımlayacağımız məlumata əlavə edəcəyimiz "həvəsi" ilə bəzi sakinlərə yaxınlaşdıq. Lakin, onların nə gözlərində, nə sözlərində gözlədiyimiz kimi sevinc işığı görmədik. Sən demə ilin-günün bu vaxtı asfalt örtüyü döşənən küçələrin sakinlərindən hər ev üçün 50 (əlli) AZN pul alınıbmış. Yəni, küçələrinin abadlaşdırılması üçün sakinlər şəxsi büdcələrinə minnətdardırlar.

İndi gəl gör ki, həmin küçələrdə "əsaslı təmir-bərpa işlərinin aparılması" adı ilə büdcədən nə qədər vəsait silinir. Təmiri də sakinlər özləri şəxsi büdcəsi ilə həyata keçirdiyinə görə sual yaranır. Bəs o "təmir-bərpa" adı ilə silinən məbləğ hara axıb? Kimlər tərəfindən, nəyə xərclənib?

Bu barədə, eyni zamanda Xətai rayon ərazisində süni vasitələrlə qurudulan və kəsilən ağaclar barəsində ətraflı araşdırma məlumatları növbəti günlərdə diqqətinizə çatdıracağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Xətai rayonunda küçələr sakinlərin pulu ilə təmir edilir? - FOTO
Bu gün, 23:39
Vəkillər Kollegiyası Qarabağ qazilərinə pulsuz hüquqi yardımdan imtina edir - Nə cinayət işlərində, nə də mülki işlərdə vəkil ayrılır
Bu gün, 22:50
“BAZARSTORE”DƏ MÜŞTƏRILƏRIN CIBLƏRINƏ NECƏ GIRIRLƏR? –FAKTLAR
Bu gün, 22:22
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi
Bu gün, 21:44
Ağstafa hərbi komissarı pul yoxdursa, xəstə uşaqları qalib Orduya göndərir - "Dəmir yumruq" zamanı...
Bu gün, 21:18
`MAHAL` MTK-nın şefi ilə bağlı ŞOK İDDİALAR... - Prezidentə müraciət olundu
Bu gün, 20:47
Yaşıllığa qənim kəsilən deputat Ağalar Vəliyevin qalmaqallı tarixçəsi
Bu gün, 20:24
Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi...
Bu gün, 19:35
Ulu Öndər Heydər Əliyev – tarixə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət
Bu gün, 19:33
Göyçay icra hakimiyyətində Baş memarın adamları onkoloji xəstəni döydülər...
Bu gün, 16:00
Paşinyan Rusiyadan qırıla biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 15:30
Ruslar Qarabağda sülhü İNHİSARA ALIBLAR? - BU NƏDİ BELƏ?
Bu gün, 15:00
Erməni hərbçi Laçın postundan mülki geyimdə keçmək istədi və... - TƏFƏRRÜAT
Bu gün, 14:44
İlham Əliyev 2 fərman imzaladı
Bu gün, 14:22
Ermənistanı yanına çəkən İranın SÜLHÜ POZMA PLANI - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 13:30
Vahid Mustafayevin 1 milyon manat borc alır - ANS TV açılır?
Bu gün, 12:57
Hərbi Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı açıqlama
Bu gün, 12:40
Sel Laza yolunu yuyub apardı
Bu gün, 12:35
Türkiyə parlamenti bu gün özünə yeni sədr seçəcək
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedib
Bu gün, 12:21
Sürücüləri fantastik cərimələr gözləyir: 150, 200, 300 manat...
Bu gün, 11:51
İsmayıllının başcısı və müavinindən ƏLLƏM-QƏLLƏM OLAY - Sahibkarın örüş yerini necə əlindən aldılar - VİDEO
Bu gün, 11:47
Hörmətli Azerinfo.media internet rəhbərliyinə!
Bu gün, 10:46
Sinan Oğan “Haber Global”da Ərdoğan və Kılıçdaroğlu ilə görüşlərinin pərdəarxasını açıqladı - VİDEO
Bu gün, 10:41
Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ
Bu gün, 10:37
Paşinyanın oğlu daha bir hücumun qurbanı oldu
Bu gün, 10:19
Ukraynada SES-in dağıdılması ilə bağlı DƏHŞƏT: mümkün fəlakətlər açıqlandı
Bu gün, 10:14
Türkiyə lirəsi ucuzlaşır - YENİ REKORD