İnam Kərimov fermerə ƏL TUTACAQMI? - PROBLEM
Bolge
Oxunub: 34
23 sen 2022 | 23:39
İnam Kərimov fermerə ƏL TUTACAQMI? - PROBLEM


Quba bağlarında kütləvi alma yığımına başlanılıb. Bağlarda daha çox məhsuldarlığı ilə seçilən “Qolden”, “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrenni smit”, “Fuji” sortlarını daha çox becəriblər.
Bu il əksər təsərrüfat sahibləri yüksək keyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyə üstünlük veriblər. Bu il ötən ildən fərqli olaraq məhsuldarlıq da boldur.

Amma fermerləri narahat edən məqamlar da var. Fermerlər alıcı azlığından və məhsula təklif olunan qiymətin aşağı olmasından narazıdırlar. Hazırda soyuducu anbarlarda da məhsul ötən illə müqayisədə aşağı qiymətə satılır. Amma satışla məşğul olan sahibkarlar almanın qiymətinin bir müddətdən sonra qalxacağını istisna etmirlər.

Qeyd edək ki, Qubada 14 min hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Hər il bu bağlardan 120-130 min ton məhsul toplanır. Bu il isə 140-150 min ton məhsul gözlənilir. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək. Mövsüm dövrlərində qiymətlərin ucuzlaşdığını deyən iqtisadçı-ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, məhsul istehsalı xərcləri artdığı üçün fermerlər haqlı narahatlıq keçirirlər:

“Məhsul istehsal xərclərinin artması fermerlərin mənfəət normasını aşağı salır. Lakin burda əhalinin alıcılıq gücü məsələsi də nəzərə alınmalıdır.Bu güc daha baha satışları dəstəkləmir. Digər tərəfdən bazardakı təklif bolluğu qiymətlər üzərindəki təzyiqi artırır.

Təbii ki, növbəti aylarda qiymətlərin artması mümkündür. Ümümiyyətlə, isə sahibkarlıq subyektlərinə məhsulun yığılıb saxlanmasında planla hərəkət etməkləri tövsiyyə olunur.

Onlar məhsulu qeyri-mövsüm dövründə , xüsusən dekabr-yanvar aylarında bazara çəxarsalar, kifayət qədər əlavə gəlir əldə edə bilərlər.

Amma bu tədbirlərin həyata keçirilməsi də sahibkarın maddi gücündən aslıdır. Bu məsələdə hökumətin fermerləri dəstəkləməsi mümkündür.

Saxlanma xərclərini qismən kompensasiyası və yaxud da bu istiqamətdə əlverişli kreditə çıxışın təmin edilməsi yolu ilə onlara kömək oluna bilər. Düşünürəm ki, indiki halda bu vacib məsələdir və dövlətin diqqətində saxlanılmalıdır”.
Dünən, 23:39
"Dərsdən qalmaq üçün direktora illik 2 min 500 manat verilir" — Əməkdar jurnalist
Dünən, 22:50
FHN-in sevimli ünvanı: Ağa Nemətulla, ev 56, m. 105/135... - Şübhəli sövdələşmə
Dünən, 22:22
TƏBİB -tibbi yardım təşkil edir, yoxsa sağlamlığa qadağa qoyur?
Dünən, 21:47
Şəmkirdə Regional Təhsil idarəsi adına ÖZBAŞINALIQ... - GİLEY
Dünən, 21:18
Xalıqverdi Hüseynov - Azərbaycan meşələrinə Xaliqin verdiyi bəla
Dünən, 20:44
Deputat Elm və təhsil nazirini belə İFŞA ETDİ - "Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir..."
Dünən, 20:25
Bakı Dövlət Universitetində milyonlar hara gedir?
Dünən, 19:49
Zaur Mikayılovun `kantoru` QANUNLARI POZDU - BU DA FAKT!!!
Dünən, 19:19
İşgəncə verənlər general Bəkir Orucovun ÜZÜNƏ DURDU - İDDİA
Dünən, 16:00
Putinin inanılmaz təklifi: İran necə razı olub?
Dünən, 15:43
“İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik”
Dünən, 15:40
Prezident və xanımı Şuşaya getdi
Dünən, 15:30
Gediş haqqı artırılarsa, “1 manatlıq” taksilərə maraq artacaq - ŞƏRH
Dünən, 14:22
Sərhəddəki genişmiqyaslı döyüşlər: “Harop” və “Quzğun” nələri məhv etdi?
Dünən, 14:03
Aİ Nümayəndəliyi Vətən müharibəsində şəhid olanların ailələrinə başsağlığı verib
Dünən, 13:59
"Yaramız bizim üçün hələ də təzədir" - Polad Həşimovun anası
Dünən, 13:52
“Görünməyən qəhrəmanlar”da Tehran Mənsimov: “Xankəndini geri qaytarmaq an məsələsidir” - VİDEO
Dünən, 13:47
Vətən müharibəsinə həsr olunmuş film çəkildi - VİDEO
Dünən, 13:39
Prezidentlə xanımı Füzuliyə getdi - FOTO
Dünən, 12:12
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - YENİLƏNİB
Dünən, 10:38
“Qaçqınkom”un sifarişi ilə tikilmiş mənzillərin satış qaydası müəyyənləşdi
Dünən, 10:29
Ermənistan Azərbaycan və Türkiyə ilə bağlı elə ADDIMLAR ATACAQ Kİ... - Ter-Petrosyandan SENSASİYA
Dünən, 10:26
XİN-dən Vətən müharibəsinin ildönümü ilə bağlı BƏYANAT
Dünən, 10:11
ABŞ və Fransa Cənubi Qafqazı yenə qarışdırır: Ağ Ev və Parisdə Paşinyana nə "pıçıldayırlar"
Dünən, 10:05
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 10:00
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Dünən, 09:56
Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək