"Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun" - GİLEY
Bolge
Oxunub: 67
26 noy 2022 | 19:49
 "Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun" - GİLEY


“Onu bu vəzifəyə şəhid ailələrinin, əlillərin pay torpaqlarında özbaşnalıq edib mal-qara otarması üçün yox, kənddə camaatının problemləriylə məşğul olmaqdan ötrü təyin ediblər. Tələb edirik ki, bu dövlət məmurunun 120 baş iribuynuzlu, 340 baş xırdabuynuzlu mal-qaraya hansı yolla sahib olduğu da araşdırılsın”.

Şəkinin Aşağı Göynük kənd sakini Sadiq Əbdürəhimov Meydan TV-yə danışır ki, ailə üzvlərinə (9 nəfər) “Daşlı girmə” deyilən ərazidə verilmiş və ümumi sahəsi 5 hektar olan torpaq sahəsi zəbt olunub. Vətəndaşın sözlərinə görə, 4,5 hektar sahədə yonca əkib, 50 sot sahədə qoz bağı salıb. Uzun müddətdir ki, kənddən 70 kilometr aralıda olan Qayabaşı kəndinin icra nümayəndəsi Cabir Həsrətli bu şəhid ailəsinə və digər kənd sakinlərinə əkin üçün dövlət tərəfindən verilmiş pay torpağında öz iri və xırdabuynuzlu heyvanlarını otarır.

Kəndlilər kütləvi şəkildə şikayətlər etsələr də, nəticəsi yoxdur. Ötən il kəndlilər yığışıb heyvanları torpaqlarından Şəki-Qax magistral yoluna çıxarıblar və bu yolla etiraz ediblər.

Sadiq Əbdürəhimovun sözlərinə görə, yalnız bundan sonra onun Daxili İşlər Nazirliyinə yazdığı şikayətə reaksiya verilib. Ərizəsi Şəki Rayon Polis Şöbəsinə göndərilib.

Sadiq Əbdürəhimov deyir, araşdırmanı aparan polis işçisi seyfdən 600 manat çıxararaq ona verib və deyib ki, Cabir Həsrətli bunu dəymiş zərərin əvəzi olaraq ödəyir. Ancaq bununla da məsələ bitməyib. İcra nümayəndəsinin heyvanları onun ailəsinə məxsus torpaqda otarılmasının qarşısı alınmayıb:

“Adam bu işi o qədər sərbəst şəkildə görür ki, sanki öz dədə-baba torpağındadır. Başa sala bilmirik ki, bu torpaqlar özəldir, örüş sahəsi deyil, əkin üçün pay torpaqlarıdır, sahibi var”.

Bu ilin sentyabrında Sadiq Əbdürəhimov Şəki Şəhər İcra Hakimiyyətinin başçısının qəbuluna da gedib. İcra başçısı ona deyib ki, bu işlərlə polis məşğul olur:

“Mən yenə rayon polisinə şikayət etdim. Çobanı cərimələdilər, ancaq yenə də heyvanlar torpaqlarımızda otarılır. Mən bir şəhid ailəsi olaraq burdan üzümü dövlətin başçısına tuturam və deyirəm, bu boyda rayon, bu boyda dövlət bir kəndin icra nümayəndəsi ilə bacara bilmir. Bəlkə ölkənin başçısı bu işə qarışıb bu icra nümayəndəsinə desin ki, şəhid və qazi ailələrinə qarşı bu boyda özbaşnalıq etmək olmaz? İmkan versin, bu günə qədər dövlətdən heç bir imtiyaz görməyən bir şəhid ailəsi olaraq öz torpağımızı əkib, başımızı dolandıraq. Xərc çəkib o torpaqda yonca becərmişik ki, heyvandarlıqla məşğul olub, ailəmizi dolandıraq. İcra nümayəndəsinin heyvanları yoncanı yeyib, bitirib”.

Meydan TV Şəkinin Qayabaşı kənd icra nümayəndəsi Cabir Həsrətli ilə əlaqə yarada bilməyib. Şəki Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda belə bir problem yoxdur. Vətəndaşa tövsiyə edilib ki, belə problem olduğu halda məhkəməyə müraciət etsin.

Şəki Rayon Polis Şöbəsindən bildirilib ki, Sadiq Əbdürəhimovun və daha bir neçə kənd sakininin eyni məzmunlu şikayəti araşdırılıb, qarşı tərəfin izahatı alınıb. Bu şikayət məhkəmə predmeti olduğuna görə polisdə cinayət işi qaldırılması rədd edilib. Vətəndaşlara məhkəməyə müraciət etmələri tövsiyə edilib.

Sadiq Əbdürəhimovsa deyir, hazırda yonca olmadığına görə mal-qaranın ayağı da sahədən çəkilib:

“Ancaq bu, müvəqqətidir, hər il belə olur. Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun”. //Meydan TV//
Bu gün, 13:14
Türkiyədə zəlzələdə ölənlərin sayı 3400-ü ötdü - YENİLƏNİB 2
Bu gün, 13:07
İlham Əliyev Vyetnam səfirinin etimadnaməsini qəbul edib - FOTO
Bu gün, 12:52
Azərbaycan Prezidenti Namibiya səfirinin etimadnaməsini qəbul edib - FOTO
Bu gün, 12:46
İlham Əliyev Laosun Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - FOTO
Bu gün, 12:41
Malatyada qocalar evinin təxliyə edilmiş xəstələri kömək gözləyir - ACINACAQLI GÖRÜNTÜLƏR
Bu gün, 12:23
Türkiyədə "Kosmik Fəlakət" baş verdi: Ölkə 3 metr hərəkət edib
Bu gün, 12:15
Hatayda 26 saat sonra iki uşaq dağıntılar altından sağ çıxarıldı - VİDEO
Bu gün, 12:10
Azərbaycanın axtarış-xilasetmə qrupu Kahramanmaraşda əməliyyatlara cəlb edilib
Bu gün, 10:53
Zəlzələ dağıntıları altında körpə dünyaya gəldi - VİDEO
Bu gün, 10:46
Türkiyənin Elazığ şəhərində canlı yayım zamanı daha bir bina çökdü - VİDEO
Bu gün, 10:02
Türkiyədə dərslər bir həftəlik dayandırıldı
Bu gün, 09:54
Türkiyədə zəlzələ qurbanlarının sayı artdı
Bu gün, 09:33
Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq
Bu gün, 09:00
Paşinyan Makronla Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 23:39
TRANSYAĞ, YOXSA ZƏHƏR?! – Həsrət Rüstəmov yazır
Dünən, 22:50
Fuad Nəcəfliyə pedaqoq məsləhəti: “Çalışın, Azər Zeynalovu yanınıza salıb harasa aparmayın”
Dünən, 21:43
Səhiyyəmiz daha bir ailəni8n ürəyinə od saldı... 14 yaşında oğlan həkim səhlənkarlığının qurbanı oldu..
Dünən, 20:00
"Sevgi Evi" qadın və uşaq sığınacağının rəhbərinə ağır ittihamlar - Xanım baş redaktor od püskürdü....
Dünən, 19:39
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində 1,500 min manatlıq pul silinməsi əməliyyatı
Dünən, 18:20
Kompleks Qazma İşləri Trestində NƏ İŞLƏR ÇEVRİLİR? - Fəhlələr FAKT AÇIQLAYIR...
Dünən, 17:00
Azərbaycanlı jurnalistlər türkiyəli həmkarlarına başsağlığı verdi
Dünən, 16:37
Türkiyə sahillərindəki ABŞ döyüş gəmisində diqqətçəkən bayraq detalı: Kimə mesaj verilir?
Dünən, 16:00
Azərbaycanda da güclü zəlzələlər baş verə bilərmi? - RƏSMİ AÇIQLAMA
Dünən, 14:40
Türkiyədəki zəlzələdə tarixi qala da dağıldı - FOTO/VİDEO
Dünən, 14:34
Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-ə çatdı, 5 mindən çox yaralı - YENİLƏNİB + VİDEO
Dünən, 14:09
Putin Ərdoğana başsağlığı verib
Dünən, 13:37
Rusiya da Türkiyəyə yadım üçün 2 təyyarə göndərəcək