İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar, Toğanalı və Əzgilli kəndlərində səyyar qəbul keçirib…
Bolge
Oxunub: 123
26 may 2023 | 13:04
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar, Toğanalı və Əzgilli kəndlərində səyyar qəbul keçirib…




Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin rayonun Toğanalı və Əzgilli kəndlərində vətəndaşlarla səyyar görüşü təşkil olunub. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.

Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Toğanalı kəndi üzrə Toğanalı-Kəlbəcər yolunun kəndin daxilindən keçən hissəsində sürət məhdudiyyəti nişanının qoyulması, kəndin yuxarı hissəsində qoyulmuş nəzarət buraxılış postundan kənd sakinlərinin istənilən vaxt buraxılması, kənddaxili yolun təmir edilməsi, Əzgilli kəndi üzrə elektrik transformatorunun yenilənməsi, kəndə gələn yolun təmir edilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.

19 may 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin rəsmilərinin və rayon ictimaiyyətinin iştirakı ilə Göygöl rayonu ərazisində bir sıra tədbirlər təşkil olunub.

Tədbir iştirakçıları əvvəlcə Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin Hacıkənd meşəbəyliyinin ərazisində meşəbərpa işləri aparılan əraziyə baxış keçirib.

Daha sonra tədbir iştirakçıları yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə sözügedən ərazidə təşkil olunan ağacəkmə aksiyasında iştirak edib və müxtəlif cinsli ağaclar əkiblər.

Tədbirin davamı olaraq Göygöl Milli Parkının ərazisində balıq buraxılışı həyata keçirilib və Göygölə 1500 ədəd qızılxallı forel körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.


Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar kənd sakinləri ilə səyyar görüş keçirib.

Səyyar görüşdə Göygöl Rayon İcra hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Göygöl Rayon İcra hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edibdir.

Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən elektrik dayaqlarının yenilənməsi, həyətyanı torpaqla təmin olma və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.


İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar, Toğanalı və Əzgilli kəndlərində səyyar qəbul keçirib…
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar, Toğanalı və Əzgilli kəndlərində səyyar qəbul keçirib…
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar, Toğanalı və Əzgilli kəndlərində səyyar qəbul keçirib…
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar, Toğanalı və Əzgilli kəndlərində səyyar qəbul keçirib…
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl rayonu Tülallar, Toğanalı və Əzgilli kəndlərində səyyar qəbul keçirib…
Bu gün, 09:00
Bakı “Zəngəzur düyünü”nü açır: ABŞ və Qərb Türk İttifaqını dəstəkləməyə məcbur qalıb
Dünən, 23:39
Əbülfət Nuriyev Masazırda yeni bələdiyyə sədrinə nə dərsi keçir, hansı yolları öyrədir?
Dünən, 22:50
Abşeron-Xızı Regional Təhsil İdarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR!
Dünən, 22:22
CityNet internet-provayderi külli miqdarda pulları silməklə məşğuldur… - Abonentin ödənişi 10 dəqiqə gecikən kimi internet kəsilir, amma…
Dünən, 21:47
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin "məharətli gedişləri"...
Dünən, 21:18
Maliyyə naziri Samir Şərifovun oxuması vacibdir... - 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin rəisi, Vüqar İbrahimov vəzifə səlahiyyətlərini aşır...
Dünən, 20:45
Onkoloji xəstə olan Şəmkir sakininin pensiyası kəsilib - FOTOLAR
Dünən, 20:24
Tarix müəllimi, pedoqoq, ekoloq hara, mina təmizləmək hara...? - Nizami Hüseynov hara, Analitik İdarə hara?...
Dünən, 19:49
Ağcabədidə Qarabağ Qazisini dinləyən yoxdur - AXI NİYƏ?!
Dünən, 19:19
Buraların sahibi varmı? - ETİRAZ
Dünən, 18:50
Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA
Dünən, 18:20
Başçı sarıdan bəxti gətirməyən Cəlilabad... - HAMISI KƏRƏM HƏSƏNOVUN OYUNLARIDIR...
Dünən, 16:00
İran və Rusiya Xankəndidə nə edə bilər? - Separatçılar müharibəyə hazırlaşır
Dünən, 15:30
“Sülhməramlı”ların Qarabağdakı kriminal duruma da müdaxiləsi “rəsmən” təsdiqləndi... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:06
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Tülallar kəndinə səfəri çərçivəsində “Tülallar” qızıl yatağında çalışan işçilərə yaradılmış şəraitlə tanış olub
Dünən, 15:00
Ermənistana son xəbərdarlıq: Hədəf açıq formada göstərildi - NƏ BAŞ VERİR?
Dünən, 14:51
Prezidentdən “ASAN xidmət” mərkəzləri ilə bağlı FƏRMAN
Dünən, 14:22
Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi... - GƏLİŞMƏ
Dünən, 14:00
Laçından verilən mesaj ünvana çatdı: Araik Bakıya təslim edilir? - İNCƏLƏMƏ...
Dünən, 13:30
Rusiya Qarabağda sülh istəmir - FAKT BUDUR!
Dünən, 12:43
Sinan Oğan nazir postuna gətirilir?
Dünən, 12:36
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib
Dünən, 12:31
Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR
Dünən, 12:26
Paşinyan: "Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik"
Dünən, 11:15
DİN-dən modelin döyülməsi iddialarına REAKSİYA
Dünən, 11:10
Prezident ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Dünən, 10:51
Həyəcan siqnalı verilib: 3 kəndimizin sakinləri köçürülüb - VİDEO/YENİLƏNİB