Bu foto çəkiləndən sonra Ərdoğan otağı tərk edib: Sinan Oğanla görüşənlər kim olub?
Dunya
Oxunub: 48
26 may 2023 | 10:07
Bu foto çəkiləndən sonra Ərdoğan otağı tərk edib: Sinan Oğanla görüşənlər kim olub?


Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanla əl görüşdüyü fotosu yayıldı, mediaya ötürüldü. O foto Sinan Oğanın sosial media hesabında yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Zəfər Partiyasından (Sinan Oğanın prezidentliyə namizəd olduğu ATA İttifaqının əsas partiyası) Anıl Səncər Oğan-Ərdoğan görüşü haqda sensasiya sayıla biləcək açıqlamasında deyib.

O bildirib ki, yayılan xəbərdə diqqətini çəkən məsələ görüşün Dolmabaxça sarayında baş tutması idi:

“Məsələ budur ki, Dolmabaxçada görüş keçirilirsə, buna xalq ciddi diqqət etməlidir. Çünki Ərdoğan prezidentliyə namizəd olaraq Dolmabaxçada görüşməz, ya AKP baş qərargahında görüşər, ya da “külliyyə” dedikləri Beştəpədə, yaxud yüzlərlə digər yerdə. Türkiyə dövləti üçün Dolmabaxça sarayı və Çankaya köşkü çox önəmli yerlərdir – oralar dövlətdir, iqtidar və ya hökumət deyil! Sinan Oğanı Dolmabaxça sarayına Ərdoğan deyil, “dərin dövlət” çağırıb. Səhv edə bilərəm, ancaq fikrimcə, o foto Ərdoğanla bərabər çəkdiriləndən sonra Ərdoğan otağı tərk edib, Sinan Oğanla dövlət görüşüb”.

Səncər bu iddianı səsləndirməsinə səbəb kimi Sinan Oğanın qəfil dəyişməsini göstərib:

“Sinan Oğana orda nə verildiyini bilmirik: kəşfiyyat məlumatlarımı, ya başqa bir şeymi? Nələr paylaşıldı ki, bu günə qədər insanların gözünün içinə baxa-baxa danışan Sinan Oğanın 10 səhifəlik mətni başını qaldırmadan, arada 3 dəfə su içərək oxuduğunu gördük. O mətn Sinan Oğana oxuduldu. Oğan o mətni oxudu və oranı tərk etdi. Diqqət etdinizsə, Sinan Oğanın siması da normal deyildi, “vücud dili” qəribə idi, məmnun deyildi”.

Qeyd edək ki, Sinan Oğan 28 mayda keçiriləcək seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb.

ATA İttifaqının aparıcı partiyası Zəfər isə Millət İttifaqının namizədi kamal Kılıçdaroğluya dəstəyini ifadə edib.
Bu gün, 09:00
Bakı “Zəngəzur düyünü”nü açır: ABŞ və Qərb Türk İttifaqını dəstəkləməyə məcbur qalıb
Dünən, 23:39
Əbülfət Nuriyev Masazırda yeni bələdiyyə sədrinə nə dərsi keçir, hansı yolları öyrədir?
Dünən, 22:50
Abşeron-Xızı Regional Təhsil İdarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR!
Dünən, 22:22
CityNet internet-provayderi külli miqdarda pulları silməklə məşğuldur… - Abonentin ödənişi 10 dəqiqə gecikən kimi internet kəsilir, amma…
Dünən, 21:47
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin "məharətli gedişləri"...
Dünən, 21:18
Maliyyə naziri Samir Şərifovun oxuması vacibdir... - 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin rəisi, Vüqar İbrahimov vəzifə səlahiyyətlərini aşır...
Dünən, 20:45
Onkoloji xəstə olan Şəmkir sakininin pensiyası kəsilib - FOTOLAR
Dünən, 20:24
Tarix müəllimi, pedoqoq, ekoloq hara, mina təmizləmək hara...? - Nizami Hüseynov hara, Analitik İdarə hara?...
Dünən, 19:49
Ağcabədidə Qarabağ Qazisini dinləyən yoxdur - AXI NİYƏ?!
Dünən, 19:19
Buraların sahibi varmı? - ETİRAZ
Dünən, 18:50
Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA
Dünən, 18:20
Başçı sarıdan bəxti gətirməyən Cəlilabad... - HAMISI KƏRƏM HƏSƏNOVUN OYUNLARIDIR...
Dünən, 16:00
İran və Rusiya Xankəndidə nə edə bilər? - Separatçılar müharibəyə hazırlaşır
Dünən, 15:30
“Sülhməramlı”ların Qarabağdakı kriminal duruma da müdaxiləsi “rəsmən” təsdiqləndi... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:06
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Tülallar kəndinə səfəri çərçivəsində “Tülallar” qızıl yatağında çalışan işçilərə yaradılmış şəraitlə tanış olub
Dünən, 15:00
Ermənistana son xəbərdarlıq: Hədəf açıq formada göstərildi - NƏ BAŞ VERİR?
Dünən, 14:51
Prezidentdən “ASAN xidmət” mərkəzləri ilə bağlı FƏRMAN
Dünən, 14:22
Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi... - GƏLİŞMƏ
Dünən, 14:00
Laçından verilən mesaj ünvana çatdı: Araik Bakıya təslim edilir? - İNCƏLƏMƏ...
Dünən, 13:30
Rusiya Qarabağda sülh istəmir - FAKT BUDUR!
Dünən, 12:43
Sinan Oğan nazir postuna gətirilir?
Dünən, 12:36
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib
Dünən, 12:31
Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR
Dünən, 12:26
Paşinyan: "Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik"
Dünən, 11:15
DİN-dən modelin döyülməsi iddialarına REAKSİYA
Dünən, 11:10
Prezident ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Dünən, 10:51
Həyəcan siqnalı verilib: 3 kəndimizin sakinləri köçürülüb - VİDEO/YENİLƏNİB