Sumqayıt qəbristanlığında "MƏZAR MONOPOLİYASI"... - SOCAR da bu "biznes"in şərikidir ? // VİDEO
Gundem / Bolge / Maraqli / Video
Oxunub: 693
13 may 2022 | 10:16
Sumqayıt qəbristanlığında "MƏZAR MONOPOLİYASI"... - SOCAR da bu "biznes"in şərikidir ? // VİDEO


"Ölüm haqqdır. Hər kəs üçün var." Bu ifadəni hamımız işlədirik. Amma, təəssüf ki, özümüzə xatırlatmaq üçün deyil, başqalarına nəyisə anlatmaq istərkən, bu cümlələrdən istifadə edirik. Özümüzə gəldikdə isə heç ölməyəcəkmişik kimi yaşayırıq. Kimimiz yaxşı əməllərimizlə, kimimiz başqalarının haqqına göz dikərək...

Bəli, növbəmiz gəldiyində hamımız tək-tək müvəqqəti yaşadığımız sınaq meydanını tərk edirik. Amma, nə yazıq ki, yuxarıda da qeyd etdiyimiz kimi heç ölməyəcəkmiş kimi yaşayan bəzi işbazlar müvəqqəti yaşadığımız dünyadan getmək növbəsi çatanlardan - yəni, ölənlərdən belə yararlanmağın yollarını tapırlar.

Məhz belə işbazların biznesinin "qurban"ı olacaq yaxınlarımızı düşünəndə bəzən ölmək də istəmir adam. Doğrudur, təəssüflər olsun, bəzən zəiflik, dözümsüzlük göstərib, intiharı çıxış yolu seçərək, aramızdan gedənlər olur. Amma, onlar bu əməlləri ilə bir növ, həm də eqoizm nümayiş etdirmiş olurlar. Çünki, iqtisadi böhranın hər evdə "qonaq" olduğu bir dövrdə ölümün xərcləri yaşamaqdan daha çoxdur.

Ölən ölür... Yaşayanlar da düşüb qapı-qapı onun xərclərini ödəmək, el-obanın dilinə düşməmək, bu məclisi hər kəsi razı salacaq dərəcədə, üzüağ yola vermək üçün pul tapmağa çalışır.

Xərclər də ki... Mərasim evi (yaxud çadır), ölüm günü, üç, yeddi, 4 Cüməaxşamı, qırx, qara bayram...
Hələ ildönümlərini, bir il ara günlər başsağlığına gəlib - gedənləri demirik. Amma, nə yazıq ki, bunlar da hamısı deyil. Əsas xərclər cənazənin dəfn olunması ilə bağlı olan xərclərdir.

İndi biz yazaq, siz də hali olun...

Bir müddət əvvəl "DogruXeber.az" informasiya portalında Sumqayıt şəhərində "qəbir monopoliyası" ilə məşğul olan şəxs barəsində məlumat yayımlamışdıq. Hansı ki, həmin məlumatda Firuz adlı şəxsin şəhər qəbristanlığında rəhmətliklər üzərindən necə "biznes" qurduğunu vurğulamışdıq.

Xatırlatmaq üçün təkrar qeyd edək ki, Firuz adlı şəxsin sözügedən biznesinə daxildir: Qəbir yerlərinin satışı, cənazənin dəfn olunması, məzarın çiçəklərlə bəzədilməsi, çeşidbə-çeşid qəbir daşları, yasin oxunması (molla xidməti) və bu kimi bəzi xidmətlər. Bütün bunlar üçün də nəzərdə tutulmuş "qiymət poketi" mövcuddur.

Məsələn, yuxarıda sadaladığımız xidmətlər şəhər kənarında yeni salınmış - "təzə qəbristanlıq" deyilən yerdə cəmi 260 AZN təşkil edir.
Şəhərin içindəki "köhnə qəbristanlıq"da isə eyni xidmətlər 400 AZN-ə başa gəlir.

Yeri gəlmişkən onu da xüsusi vurğulamaq istəyirik ki, "köhnə qəbristanlıq"da yer az olduğu üçün, orada hər kəsə cənazə dəfn etməyə icazə yoxdur. Oradan məzar yeri almaq üçün yalnız "seçilmiş", "xüsusi hörmətli" şəxslərin "xahişi" nəzərə alınır. Sadə vətəndaşlar üçün "sərfəli qiymətə" "təzə qəbristanlıq"da xidmət təklif olunur. Özü də Firuz adlı "biznesmen"in satdığı o yerlərin müəyyən bir hissəsi də aldığımız məlumata görə "SOCAR" neft şirkətinin ərazisinə daxildir.



Uzun illərdir "çörəyini qəbristanlıqdan çıxaran" Firuz bəyə buvaxta qədər kimsənin "gözün üstdə qaşın var" deməməsinin səbəbi isə aldığımız məlumata görə Zakir Fərəcovla yaxınlığıdır.

Qeyd edək ki, Firuz bəy əslən Qubadlı rayonundandır.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Bu gün, 22:22
Ölkənin məşhur travmatoloqu TƏBİB-ə üsyan etdi
Bu gün, 21:44
Ağstafa hərbi komissarı pul yoxdursa, xəstə uşaqları qalib Orduya göndərir - "Dəmir yumruq" zamanı...
Bu gün, 21:18
`MAHAL` MTK-nın şefi ilə bağlı ŞOK İDDİALAR... - Prezidentə müraciət olundu
Bu gün, 20:47
Yaşıllığa qənim kəsilən deputat Ağalar Vəliyevin qalmaqallı tarixçəsi
Bu gün, 20:24
Sumqayıt Tibb Mərkəzinin direktorunun 3 milyonluq yeyintisi...
Bu gün, 19:35
Ulu Öndər Heydər Əliyev – tarixə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət
Bu gün, 19:33
Göyçay icra hakimiyyətində Baş memarın adamları onkoloji xəstəni döydülər...
Bu gün, 16:00
Paşinyan Rusiyadan qırıla biləcəkmi? - Görünəni odur ki...
Bu gün, 15:30
Ruslar Qarabağda sülhü İNHİSARA ALIBLAR? - BU NƏDİ BELƏ?
Bu gün, 15:00
Erməni hərbçi Laçın postundan mülki geyimdə keçmək istədi və... - TƏFƏRRÜAT
Bu gün, 14:44
İlham Əliyev 2 fərman imzaladı
Bu gün, 14:22
Ermənistanı yanına çəkən İranın SÜLHÜ POZMA PLANI - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 13:30
Vahid Mustafayevin 1 milyon manat borc alır - ANS TV açılır?
Bu gün, 12:57
Hərbi Prokurorluqdan kütləvi məzarlıqlarla bağlı açıqlama
Bu gün, 12:40
Sel Laza yolunu yuyub apardı
Bu gün, 12:35
Türkiyə parlamenti bu gün özünə yeni sədr seçəcək
Bu gün, 12:31
Paşinyan Rusiyaya gedib
Bu gün, 12:21
Sürücüləri fantastik cərimələr gözləyir: 150, 200, 300 manat...
Bu gün, 11:51
İsmayıllının başcısı və müavinindən ƏLLƏM-QƏLLƏM OLAY - Sahibkarın örüş yerini necə əlindən aldılar - VİDEO
Bu gün, 11:47
Hörmətli Azerinfo.media internet rəhbərliyinə!
Bu gün, 10:46
Sinan Oğan “Haber Global”da Ərdoğan və Kılıçdaroğlu ilə görüşlərinin pərdəarxasını açıqladı - VİDEO
Bu gün, 10:41
Kaxovka SES-in partladılmasının əsas SƏBƏBİ
Bu gün, 10:37
Paşinyanın oğlu daha bir hücumun qurbanı oldu
Bu gün, 10:19
Ukraynada SES-in dağıdılması ilə bağlı DƏHŞƏT: mümkün fəlakətlər açıqlandı
Bu gün, 10:14
Türkiyə lirəsi ucuzlaşır - YENİ REKORD
Bu gün, 10:10
Ağdamda yeni tikinti işlərinə başlanılır
Bu gün, 10:04
Qaxda sel nəticəsində yolda hərəkəti məhdudlaşdırıb