Azərbaycan iki ölkənin hədəfində - NƏ BAŞ VERİR?
Gundem / Siyaset / Maraqli
Oxunub: 81
9 avq 2022 | 17:25
Azərbaycan iki ölkənin hədəfində - NƏ BAŞ VERİR?


“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

- Ermənistan və Azərbaycan arasında gərginlik yenidən yüksəlib. Hətta ermənilərin intensiv təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu “Qisas” cavab əməliyyatı keçirdi. Həmin əməliyyatda və bundan sonra bir sıra strateji yüksəkliklərə və ərazilərə nəzarət təmin edildi. Sizcə, bölgədə hərarətin qalxmasını şərtləndirən əsas amillər hansılardır?

- Son zamanlarda istər Ermənistan-Azərbaycan sərhədində, istərsə də Qarabağın dağlıq hissəsində - ermənilərin yaşadıqları və Rusiya “sülhməramlılar”ının nəzarət etdiyi ərazilərdə gərginliyin yaranması bir çox amillərlə əlaqəlidir. Buna iki səbəb göstərmək istəyirəm. Əlbəttə, bunlardan biri, bölgə ətrafında gedən geosiyasi mübarizədir. Burada da hər şey aydındır, bölgə hər kəs üçün önəm kəsb edir. Məsələn, Rusiya üçün Yaxın Şərqə çıxış kimi, enerji kommunikasiyalarına nəzarət üçün və s.

Rusiyanın məqsədi budur ki, Xəzər hövzəsinin enerji daşıyıcıları onun enerji daşıyıcılarına alternativ olaraq Avropa bazarına ötürülə bilməsin. Təbii ki, Rusiyanın rəqibləri Azərbaycan, yaxud Cənubi Qafqaz üzərindən onun yolunu kəsməyə çalışırlar.

İkinci amil də qismən birincidən qaynaqlanır. Məhz bu səbəbdən tərəflərdən biri, daha çox Qərb münaqişənin həll olunmasına və sülh müqaviləsinin imzalanmasına çalışır ki, problemlər aradan qalxsın. Digər tərəflər – Rusiya və İran isə çalışır ki, gərginlik ocağı saxlanılsın. Çünki bu, bölgəyə təsir və müdaxilə imkanı yaradır. Əsas səbəbləri bunlarda görürəm.

Təbii ki, Ermənistanın daxili vəziyyəti ilə bağlı siyasi səbəblər, Laçın dəhlizi ətrafındakı mübahisə və digər kiçik detallar da var. Böyük səbəblərdən danışırıqsa, gərginliyin artmasına rəvac verən bu ikisini görürəm.

- Qarabağ və sərhəddə vəziyyətin gərginləşməsinə paralel olaraq, dini radikalların Azərbaycan daxilində və kənarında ölkəmizə qarşı fəallaşması da diqqətdən yayınmır. Bunun nümunələrindən biri İngiltərədəki səfirliyimizə radikalların təcavüzü oldu. Bütün bunlar haqda fikriniz necədir: Azərbaycan kimlərin hədəfindədir və bu kimi basqılarda məqsəd nə ola bilər?

- Radikalların fəallaşması da dediyim həmin geosiyasi prosesin təzahürüdür. London səfirliyində baş verən olay isə xaricdəki fəallığın görünın çox cüzi hissəsidir. Məsələ budur ki, faktiki olaraq, bütün geosiyasi mübarizə tərəfləri Azərbaycandan əldə etmək istədikləri loyallığa təzyiq yolu ilə nail olmağa çalışırlar.

Kimsə düşünmür ki, Azərbaycanla normal əməkdaşlıq qursun, hamı bunu təzyiq yolu ilə əldə etməyə cəhd göstərir. Bu təzyiq yollarından biri də dini radikalizmin artırılması, ölkədə dini zəmində qarşıdurma və ya iğtişaşın yaradılması kimi vasitələrlə təhdiddir. Bu məsələdə Rusiya və İran sinxorun şəkildə fəaliyyət göstərir. Amma London səfirliyində baş verən olayı Rusiya və İranın birgə fəaliyyətinin əlaməti kimi görmürəm.

Belə görünür ki, bu prosesdə hansısa Qərb ölkələrinin əlləri var. Əks təqdirdə, Böyük Britaniya kimi bir ölkədə rəsmən qeydiyyatdan keçmiş, öz telekanalı olan və bundan əvvəl də bu yola əl atmış bir təşkilatın nəzarətdə olan səfirliyə qarşı addımı zamanında zərərsizləşdirilərdi. Amma olayın önlənməsi üçün zamanında profilaktik tədbirin görülməməsi, üstəgəl, polisin hadisə yerində baş verənləri tam etinasız və çox rahat şəkildə tamaşa etməsi də bunları deməyə əsas verir.

- Bu günlərdə İranın Azərbaycana münasibəti də müzakirə mövzusuzudur. Əvvəllər Ermənistanı üstüörtülü dəstəkləyən İran indi bu ölkəni özünün “qırmızı xətti” elan edir. Hətta İranın dini lideri Əli Xameneyi ötən günlərdə açıq formada Zəngəzur dəhlizinə qarşı çıxdı. İran niyə anti-Azərbaycan mövqeyini belə aşkara çıxardı?

- İranın Ermənistan siyasətinin konturlarının tam aydınlaşması təbii haldır. Çünki Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bu da şərtlərdən biri kimi 10 noyabr bəyanatında öz əksini tapıb. Belə bir dəhlizin açılması Türkiyənin Cənubi Qafqaza çıxışını asanlaşdırır, onun istər iqtisadi, istərsə də logistik imkanlarını, o cümlədən, hərbi-strateji rolunu artırır. İran və Rusiya isə bunu istəmir. Baxmayaraq ki, Rusiya prezidentinin özü də bu məsələnin bəyanatda yer almasına razılıq verib. Amma görünür ki, bunun sadəcə cümlə kimi orada yer almasına razılaşıb. Bununla yanaşı, həmin anlaşma üzrə Rusiyanın üzərinə düşən öhdəliklərin heç birinə əməl olunmur.

Azərbaycan və Türkiyənin tələbi müəyyən bir təhlükə yaradır ki, sonda bu bəndi yerinə yetirməyə məcbur olsunlar. Əks halda, Azərbaycan Rusiya qoşunlarının bölgədən çıxarılmasını tələb edə bilər. Bundan əvvəlki addımı isə üçtərəfli bəyanatdan çıxmaq ola bilər. Rusiya bu halda Azərbaycan ərazisini tərk etməlidir. Çünki tərəflərdən birinin bəyanatda çıxması bu anlaşmanın öz qüvvəsini itirməsi deməkdir. Digər yandan, Azərbaycan ərazisindəki Rusiya hərbi qüvvələrinin heç bir rəsmi statusu yoxdur.

Üçüncüsü, bura Azərbaycan ərazisidir, əgər ölkə çıxmağı tələb edirsə, Rusiyanın çıxmaqdan başqa seçimi qalmır. Buna görə də, Rusiya maksimum şəkildə çalışır ki, bu məsələni sabotaj etsin. Amma hansısa bir mərhələdə məcbur ola bilər.

İranda da bunu anlayırlar. Buna görə də Tehranda aqressivləşiblər. İran düşünür ki, Türkiyənin birbaşa Azərbaycana çıxışını təmin edən Zəngəzur dəhlizinin açılması həm də İran-Ermənistan əlaqələrinin ən azı nəzarətə düşməsi deməkdir. Hələ bunun kəsilə biləcəyini demirəm, ona görə də İran bunu istəmir.

- Bir neçə gün öncə mətbuatda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin adından Ukrayna ilə yanaşı, Gürcüstan və Qazaxıstana ərazi iddiaları yayılmışdı. Postsovet məkanındakı digər ölkələrin də Rusiyanın hədəfində olduğu heç kimə sirr deyil. Maraqlıdır: bu qədər torpaq ərazicə dünyanın ən böyük ölkəsi olan Rusiyanın nəyinə lazımdır?

- Ümumiyyətlə, Medvedyevin son bəyanatları çox anormal xarakterdədir. Həmişə Rusiyanın liberal siyasətçisi kimi tanınan bir adamın birdən-birə belə aqressivləşməsi göstərir ki, bunlar daha çox daxili siyasətə hesablanmış sərsəm bəyanatlardır. Çünki Rusiya əhalisinin ən azı 70 faizi radikal, imperialist təfəkkürlü liderləri bəyənir. Medvedyev də başa düşür ki, bu müharibə Putinin də axırına çıxa bilər. Ola bilsin ki, Medvedyev keçmiş baş nazir və eks-prezident kimi bu posta qayıtmağı düşünür.

Məsələyə sırf Rusiyanın strateji maraqlarından baxsaq, qənaətimə görə, söhbət heç də ərazilərdən getmir. Söhbət Rusiyanın postsovet məkanındakı ölkələrdən istifadə edərək, öz ətrafında bufer zona yaratmaq istəyindən gedir. Buna da yalnız həmin ölkələrə nəzarət yolu ilə nail olmaq olar.

- Dünyada münasibətlər kifayət qədər gərgindir, bir sıra bölgələrdə müharibə ab-havası hökm sürür: Tayvan-Çin, Kosovo-Serbiya, Rusiya-Ukrayna, Ermənistan-Azərbaycan, Fələstin-İsrail gərginliyi və s. Bu fonda da böyük güclər – Rusiya və Çinlə ABŞ arasında gərginliyin artması diqqət çəkir. Baş verənlərin izahı necə ola bilər?

- Müxtəlif ölkələr arasında sinxron gərginliyin yaranması təbiidir. Çünki dünya yeni geosiyasi mərhələyə keçir və proses aktiv fazadadır. Ukrayna prosesi bu aktiv fazanın başlanğıcı idi. Lap dəqiq desək, bu, 44 günlük müharibəydi. Ukrayna prosesi bunun qızmar fazaya keçdiyini göstərdi. Hətta mümkündür ki, bu müharibələr başlasın. Artıq Qəzzada “İslami Cihad”la İsrail ordusu arasında açıq qarşıdurma baş verib. Atəşkəs əldə olunsa da qısa zamanda pozuldu.

Suriyadakı vəziyyətin gərginləşməsi də mümkündür. Belə qarşıdurmalar bütün bölgələrdə ola bilər. Dünya elə bir mərhələyə çatıb ki, növbəti 50-100 il üçün müqəddəratı həll olunur. Dünyanın hansı model üzrə gedəcəyi müəyyən edilir. Burada da əsasən üç supergüc – ABŞ, Çin və Rusiya öz yerini tutmağa və öz modelini qəbul etdirməyə çalışır. Rusiya və Çinin modeli o qədər də cəlbedici deyil. Heç dövlət olaraq da cəlbedici deyillər. Məsələn, Çində milli azlıqlara qarşı münasibət, Rusiyanın dinc insanlara qarşı apardığı qanlı savaşlar yalnız bu ölkələrdəki rejimlər üçün cəlbedicidir.

Demokratiyaya can atan, normal və hüquqi dövlət qurmaq istəyən ölkələr isə daha çox ABŞ və Avropa Birliyinə yönəlirlər. Ona görə də yeni dünya düzəninin belə bir formalaşması prosesi gedir. Belə proseslər həmişə ağrılı olub. Belə proseslər həmişə böyük müharibələrdən keçib. İndiki mərhələdə böyük müharibələrin olub-olmayacağını demək çətindir. Amma hər halda müharibələr artıq başlayıb. Ola bilsin ki, bura yeni bölgələr də əlavə edilsin. Bu gün ən azı üç belə aktiv bölgə var. Biri Suriya, digəri Ukrayna, üçünücüsü isə Fələstin-İsrail konfliktidir. Münaqişə coğrafiyasının genişlənməsi istisna deyil, böyük ehtimalla belə də olacaq.

- ABŞ Tayvana müdaxilə edəcəyi təqdirdə Çinə hərbi cavabın veriləcəyini istisna etmir. Rusiya Ukraynaya müdaxilə edəndə isə ABŞ sanksiyalarla kifayətləndi, üstəgəl, Prezident Co Bayden buna hərbi cavab verilməyəcəyini açıqca dedi. Bu iki fərqli münasibət nədən irəli gəlir?

- Əvvəla, fərq budur ki, Çinin hərbi potensialı Rusiyanın potensialından aşağıdır. Bu da hər kəsə bəllidir. İkincisi, Tayvanın önəmi Ukraynanın əhəmiyyətindən böyükdür. Tayvan dünyanın çipə olan ehtiyacının 66 faizini – üçdə ikisini ödəyən dövlətdir. Bu baxımdan, Tayvan texnoloji cəhətdən inkişaf etmiş dövlətlər üçün önəmli tərəfdaşdır. Buna görə də onun təhlükəsizliyi təmin olunmalıdır. ABŞ məhz bu səbəbdən belə kəskin bəyanat verir. Həm də bilirlər ki, Çinin özü də ABŞ-la qarşıdumaya razı və maraqlı deyil. Çin mallarına sanksiyaların tətbiq edilməsi Amerika və Avropa bazarlarında qıtlıq yarada bilər. Əlbəttə alternativlər var. Məsələn, Hindistan və digər Cənub-çərqi Asiya ölkələri hesabına qıtlığı aradan qaldırmaq olar. Amma Rusiyaya tətbiq olunan sanksiyalar Çinə tətbiq edilərsə, bunlar bu ölkə üçün fəlakətli nəticələr verə bilər. Təbii ki, Qərb üçün də problemlər yarada bilər, amma bundan ən çox zərəri Çin görərdi.

Eyni zamanda, Çin Tayvanı ələ keçirərsə, Hind-Sakit okean kimi strateji bölgədə bütün güc və qüvvələr nisbətini böyük ölçüdə dəyişəcək. Bu da həmin regionda geosiyasi mənzərənin dəyişməsi deməkdir. Cənubi Çin dənizindən keçən kommunikasiyalar və Sakit okeandan keçən dəniz yolları son dərəcə əhəmiyyətlidir. Buna görə də ABŞ Avstraliyadakı hərbi hava qüvvələrini gücləndirdi.

Görünən budur ki, bura ən mühüm geosiyasi bölgələrdən biridir. Bura həm dəniz, həm də quru yollarının ətrafındadır, o cümlədən, enerji resursları olan bölgədir. Üç mühüm geosiyasi bölgədən biri Qara dəniz-Xəzər hövzəsi, biri Yaxın Şərq, digəri isə Hind-Sakit okean bölgəsidir. Buna görə də Tayvanla Çinin önəmi Qərb, xüsusən də ABŞ üçün eyni deyil. Tayvan dəfələrlə önəmlidir. Bu da həmin çip məsələsinə görədir. Təsəvvür edin ki, bu, Çinin əlinə düşsə, bütün texnoloji istehsal onun nəzarətinə keçəcək. Ona görə də Çinə güzəşt olmayacaq.
Dünən, 23:39
"Dərsdən qalmaq üçün direktora illik 2 min 500 manat verilir" — Əməkdar jurnalist
Dünən, 22:50
FHN-in sevimli ünvanı: Ağa Nemətulla, ev 56, m. 105/135... - Şübhəli sövdələşmə
Dünən, 22:22
TƏBİB -tibbi yardım təşkil edir, yoxsa sağlamlığa qadağa qoyur?
Dünən, 21:47
Şəmkirdə Regional Təhsil idarəsi adına ÖZBAŞINALIQ... - GİLEY
Dünən, 21:18
Xalıqverdi Hüseynov - Azərbaycan meşələrinə Xaliqin verdiyi bəla
Dünən, 20:44
Deputat Elm və təhsil nazirini belə İFŞA ETDİ - "Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir..."
Dünən, 20:25
Bakı Dövlət Universitetində milyonlar hara gedir?
Dünən, 19:49
Zaur Mikayılovun `kantoru` QANUNLARI POZDU - BU DA FAKT!!!
Dünən, 19:19
İşgəncə verənlər general Bəkir Orucovun ÜZÜNƏ DURDU - İDDİA
Dünən, 16:00
Putinin inanılmaz təklifi: İran necə razı olub?
Dünən, 15:43
“İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik”
Dünən, 15:40
Prezident və xanımı Şuşaya getdi
Dünən, 15:30
Gediş haqqı artırılarsa, “1 manatlıq” taksilərə maraq artacaq - ŞƏRH
Dünən, 14:22
Sərhəddəki genişmiqyaslı döyüşlər: “Harop” və “Quzğun” nələri məhv etdi?
Dünən, 14:03
Aİ Nümayəndəliyi Vətən müharibəsində şəhid olanların ailələrinə başsağlığı verib
Dünən, 13:59
"Yaramız bizim üçün hələ də təzədir" - Polad Həşimovun anası
Dünən, 13:52
“Görünməyən qəhrəmanlar”da Tehran Mənsimov: “Xankəndini geri qaytarmaq an məsələsidir” - VİDEO
Dünən, 13:47
Vətən müharibəsinə həsr olunmuş film çəkildi - VİDEO
Dünən, 13:39
Prezidentlə xanımı Füzuliyə getdi - FOTO
Dünən, 12:12
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - YENİLƏNİB
Dünən, 10:38
“Qaçqınkom”un sifarişi ilə tikilmiş mənzillərin satış qaydası müəyyənləşdi
Dünən, 10:29
Ermənistan Azərbaycan və Türkiyə ilə bağlı elə ADDIMLAR ATACAQ Kİ... - Ter-Petrosyandan SENSASİYA
Dünən, 10:26
XİN-dən Vətən müharibəsinin ildönümü ilə bağlı BƏYANAT
Dünən, 10:11
ABŞ və Fransa Cənubi Qafqazı yenə qarışdırır: Ağ Ev və Parisdə Paşinyana nə "pıçıldayırlar"
Dünən, 10:05
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 10:00
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Dünən, 09:56
Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək