Putin Əliyevin "Qisas"ını niyə sakit qarşıladı? - Antiterrorun detalları...
Hadise
Oxunub: 98
8 avq 2022 | 17:23
Putin Əliyevin "Qisas"ını niyə sakit qarşıladı? - Antiterrorun detalları...


Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin başı üzərindən, təmassız, səliqəli antiterror əməliyyatı həyata keçirdi. 10 noyabr birgə bəyanatından sonra Qarabağda belə irimiqyaslı hərbi əməliyyat olmamışdı. Olmuşdu 26 noyabr Hadrut əməliyyatı və digər lokal addımlar ki, heç birində dron zərbələri, kazarma, post məhv edilməsi qeydə alınmamışdı. O baxımdan ilk səs-küylü antiterror əməliyyatı idi ki, hadisələrə verilən reaksiyalar təəccübləndirməyə bilmir. İlk növbədə şimalın susqunluğu: Moskva Bakının bu hərəkətini nə üçün belə səbrli, tərəfləri təmkinli olmağa çağırmaqla sakit qarşıladı? Axı ondan cəmi 1 və ya 2 gün qabaq Rusiya müdafiə naziri Sergey Şoyqu ittiham edirdi ki, Azərbaycan atəşkəsi pozur, amma rus hərbçilərin olduğu bölgədə cəza tədbirləri görürük, Kremlin "tükü tərpənmir", yolaverdi açıqlama yayırlar, Şoyqunun səsi çıxmır, hətta ardınca keçirilən Soçi görüşündə Ərdoğanla Putin Qarabağ haqda bəyanatlarla çıxış etmirlər. Axı nə baş verdi?
Ötən müddətdə antiterror əməliyyatlarının mümkünlüyü haqda danışanda analitiklər bir sədd hörürdülər - rus hərbçiləri var, Bakı bu səbəbdən edə bilməz, Moskva ilə əlaqələr gərginləşə bilər və s. Əvəzində əşhədü ehtiyac olan bu cəza tədbirləri təxirəsalınmaz şəkildə icra olundu, rusun başından bir tük də əskik olmadı, bir İvanın burnu da qanamadı. Eləcə də Qarabağın dağlıq bölgəsində olan mülki erməni əhalisi də "Bayraktar"dan zərər görmədi. Yəni səliqəli bir əməliyyat idi və presedent yaradıldı ki, təkrarlamaq olar. Erməni sakinlər də başa düşdülər ki, "artsax" sabun köpüyüdür, onların gələcəyi yoxdur, hətta güvəndikləri rus hərbçiləri də bizə mane ola bilməzlər. Amma niyə rəsmi Kreml hadisəyə aqressiv yanaşmadı? Lavrov və Peskov ümumi sözlər dedi, Putin iclas çağırıb narahatlıq ifadə etdi, di gəl bizə qarşı açıqlamalar olmadı. Əvvəla Rusiya bizə ən pis halda siyasi təzyiq göstərə bilərdi, "Qisas" almağa mane ola bilməzdi. İkincisi, ərazi bizimdir və əli silahlı terrorçu varsa, sülhməramlılara görə gözləmək fikrimiz yoxdur. Üstəlik, 4-cü bəndə əsasən ruslar onları tərk-silah etməliydi, ancaq BMT qətnamələri kimi bunu da biz icra edirik. Ona görə Moskvanın bu məsələdə dili qısadır. Bəzi şərhçilər antiterror əməliyyatının Rusiya ilə razılaşdırıldığı iddialarını səsləndirirlər, amma Şoyqubun bizi atəşkəsi pozmaqda ittiham etməsini xatırlamaq lazımdır. Eyni zamanda, rusların başı üzərindən əməliyyat keçirməklə onların olmayan imicini bir az da darmadağın etdik. Ən maraqlısı budur ki, bizə zəng Moskvadan yox, Brüsseldən gəldi. Prezident Şarl Mişelə iki xəbər verdi: rus hərbçilər Laçın dəhlizinə alternativ yeni yola dislokasiya olunacaq, bölgədəki erməni silahlı birləşmələri çıxarılacaq. Mişel isə Əliyevlə Paşinyanın görüşü olacağını açıqladı. Beləliklə, "Qisas"dan sonra yenə Putin yox, Mişel görüşdürür. O zaman necə demək olar ki, əməliyyat Rusiya ilə razılaşdırılıb? Sadəcə, Putinin Rusiya üçün indiki ağır vəziyyətdə Türkiyə ilə əməkdaşlığa ehtiyacı artıbsa, Kreml sahibinin Azərbaycan ordusunun irəliləməsi və strateji yüksəklikləri, o cümlədən yaxın həftələrdə Laçını və dəhlizi nəzarətə götürəcəyinə mane olmayacağını proqnozlaşdırmaq mümkündür. Azərbaycan aylardır Laçına alternativ yolun tikintisini apararırdı, bunu Qarabağ erməniləri, rusiyalı sülhməramlılar və İrəvan da görürdü. Rəsmi Bakı onu da elan etmişdi ki, yay aylarında alternativ yolun tikintisi başa çatacaq. İrəvan bunu da görür və etiraz etmirdi. Buna baxmayaraq, Nikol Paşinyan dəhlizin Ermənistan hissəsinin tikintisinə başlamırdı. Görünür, o radikal müxalifətdən və Qarabağdakı erməni separatçılarının haray-həşirindən qorxurdu. İndi isə vəziyyəti özü üçün daha da mürəbkkəbləşdirib. Yol hazırdır, Laçını boşaldıb alternativ yoldan istifadə etməlidirlər. Ermənistana uzaqbaşı bir ay güzəşt edilə bilər, yenə məsələni uzatsalar, toqquşma qaçılmaz olacaq.
Anaxeber.info
1-10-2022, 23:33
KTN-nin BOZ KARDİNAL: Anar Hüseynov... - SƏN DEMƏ...
1-10-2022, 22:50
Zaur Mikayılov Şəmkirdə görülən işi NİYƏ TƏHVİL ALMIR? - Sakinlər ÇARƏSİZ DURUMDA
1-10-2022, 21:30
"GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
1-10-2022, 20:43
Səfər Mehdiyevin məşhur `RAMAL TRANS`ı yenə də İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR
1-10-2022, 19:19
"Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?
1-10-2022, 18:41
Təhməzovun kadrlarının Tovuzdakı İŞ METODU - NARAZILIQ VAR!
1-10-2022, 17:17
Fərxan İsmayılov kimdir?
1-10-2022, 16:00
“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ
1-10-2022, 15:16
Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanası XƏSTƏLİK MƏNBƏYİDİR - VİDEOFAKT
1-10-2022, 14:44
Əmrullayevin TENDERYEYƏNLƏRİ... - İcazə verin, şübhələnək...
1-10-2022, 13:30
Bu sahə Azərbaycanda BOŞ BURAXILIB... - "Neçə gündür sifarişim gəlib..."
1-10-2022, 12:11
Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL
1-10-2022, 11:39
Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!
1-10-2022, 11:34
Bakı və İrəvana verilən vəd: sülh müqaviləsi imzalansa... - İNCƏLƏMƏ...
1-10-2022, 11:34
Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO
1-10-2022, 10:58
Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?
1-10-2022, 10:16
Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir"
1-10-2022, 10:11
Ağ Ev: "Kreml hərbi yolla bacarmadığına siyasi yolla nail olmaq istəyir"
1-10-2022, 10:07
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
1-10-2022, 01:51
Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO
30-09-2022, 23:31
"Günəşli İnşaat"da GÜNƏŞ NİYƏ DOĞMUR... - GİLEY
30-09-2022, 22:50
Vüqar Zeynalovun tikdirdiyi binada nələr baş verir? - GİLEY
30-09-2022, 22:22
FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır... - Hüquq-mühafizə orqanları NƏYİ GÖZLƏYİR?
30-09-2022, 21:46
BU NƏDİ BELƏ: Naxçıvanda daha bir qanun pozuntusu – Vüqar Abbasov deputat mandatından məhrum edilməlidir
30-09-2022, 21:18
Məktəb direktorunun başına oyun açdılar... - Nə zəmanədə yaşayırıq bə...
30-09-2022, 20:42
Ramin Bayramlının kadrı ilə bağlı İLGİNC İDDİALAR... - Gündüz Əbdülov köhnə ampluasındadır...
30-09-2022, 20:23
Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR... - NARAZILIQ VAR!