Nazirlikdən "ölü canlar" qalmaqalına reaksiya
Hadise
Oxunub: 23
22 sen 2022 | 18:20
Nazirlikdən "ölü canlar" qalmaqalına reaksiya


“Teatrda 12 nəfərə yaxın “ölü canlar”ın olmağı yenilik deyil. Mən Mingəçevir Teatrında 8 aya yaxındır işləyirəm və bu aylar ərzində nə bir aktyoru işə götürmüşəm, nə də kimisə işdən çıxarmışam”.

Bunu APA-ya açıqlamasında Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Vüsal Mehrəliyev deyib.

O bildirib ki, teatrda adı ştatda olub, lakin aktyor kimi fəaliyyət göstərməyən şəxslərin varlığından xəbərdardır: “Biz bunu həll etməyə çalışsaq da, hələ ki məsələ həllini tapmayıb. Çünki mən nə işə adam götürürəm, nə də işdən adam çıxarıram”.

Mingəçevir Dram Teatrının direktoru Anar Quliyev açıqlamasında bildirib ki, teatrda "ölü canlar"ın olması faktı yalandır: "Qəti olaraq, deyirəm ki, bizim teatrda "ölü canlar" məsələsi yoxdur və ola bilməz. Mən 8 ildir teatrda çalışıram və onun il yarımını direktoram. Burada məsələ odur ki, deyilən 10-12 adam teatrda aktyor ştatında qeydiyyatdadır, lakin işçi kimi teatrın sexində çalışır, yaxud dekorasiya işləri ilə məşğuldur və yaxud tamaşanın hazırlanması üçün lazım olan digər sahələrdə fəaliyyət göstərirlər. Yəni onlar aktyor ştatındadır, sadəcə ehtiyac var deyə, digər yöndə fəaliyyət göstərirlər. Bu, bütün dünyada ola biləcək bir haldır, praktikadır. Yekun olaraq deyim ki, "ölü canlar" məsələsi Mingəçevir Dram Teatrında yoxdur".

Ölkə.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən teatrın direktoru və baş rejissorunun Nazirliyə dəvət olunduğu bildirilib: “Sözügedən məsələ ilə bağlı araşdırma aparılır. Məsələ öz həllini tapdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bir neçə gündür, sosial şəbəkələrdə Mingəçevir Dövlət Dram Teatrında "ölü canlar"ın - adı ştatda olub, özü işə gəlməyən şəxslərin olması barədə narazılıqlar yazılır. Bildirilib ki, sözügedən qüsuru rəhbərlik bilsə də, heç bir tədbir görülmür.
Dünən, 23:39
"Dərsdən qalmaq üçün direktora illik 2 min 500 manat verilir" — Əməkdar jurnalist
Dünən, 22:50
FHN-in sevimli ünvanı: Ağa Nemətulla, ev 56, m. 105/135... - Şübhəli sövdələşmə
Dünən, 22:22
TƏBİB -tibbi yardım təşkil edir, yoxsa sağlamlığa qadağa qoyur?
Dünən, 21:47
Şəmkirdə Regional Təhsil idarəsi adına ÖZBAŞINALIQ... - GİLEY
Dünən, 21:18
Xalıqverdi Hüseynov - Azərbaycan meşələrinə Xaliqin verdiyi bəla
Dünən, 20:44
Deputat Elm və təhsil nazirini belə İFŞA ETDİ - "Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir..."
Dünən, 20:25
Bakı Dövlət Universitetində milyonlar hara gedir?
Dünən, 19:49
Zaur Mikayılovun `kantoru` QANUNLARI POZDU - BU DA FAKT!!!
Dünən, 19:19
İşgəncə verənlər general Bəkir Orucovun ÜZÜNƏ DURDU - İDDİA
Dünən, 16:00
Putinin inanılmaz təklifi: İran necə razı olub?
Dünən, 15:43
“İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik”
Dünən, 15:40
Prezident və xanımı Şuşaya getdi
Dünən, 15:30
Gediş haqqı artırılarsa, “1 manatlıq” taksilərə maraq artacaq - ŞƏRH
Dünən, 14:22
Sərhəddəki genişmiqyaslı döyüşlər: “Harop” və “Quzğun” nələri məhv etdi?
Dünən, 14:03
Aİ Nümayəndəliyi Vətən müharibəsində şəhid olanların ailələrinə başsağlığı verib
Dünən, 13:59
"Yaramız bizim üçün hələ də təzədir" - Polad Həşimovun anası
Dünən, 13:52
“Görünməyən qəhrəmanlar”da Tehran Mənsimov: “Xankəndini geri qaytarmaq an məsələsidir” - VİDEO
Dünən, 13:47
Vətən müharibəsinə həsr olunmuş film çəkildi - VİDEO
Dünən, 13:39
Prezidentlə xanımı Füzuliyə getdi - FOTO
Dünən, 12:12
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - YENİLƏNİB
Dünən, 10:38
“Qaçqınkom”un sifarişi ilə tikilmiş mənzillərin satış qaydası müəyyənləşdi
Dünən, 10:29
Ermənistan Azərbaycan və Türkiyə ilə bağlı elə ADDIMLAR ATACAQ Kİ... - Ter-Petrosyandan SENSASİYA
Dünən, 10:26
XİN-dən Vətən müharibəsinin ildönümü ilə bağlı BƏYANAT
Dünən, 10:11
ABŞ və Fransa Cənubi Qafqazı yenə qarışdırır: Ağ Ev və Parisdə Paşinyana nə "pıçıldayırlar"
Dünən, 10:05
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 10:00
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Dünən, 09:56
Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək