Paşinyan Arayiki Qarabağ haqda bəyanatını dəyişməyə məcbur etdi... - NƏ BAŞ VERİR?
Hadise
Oxunub: 22
23 sen 2022 | 17:47
Paşinyan Arayiki Qarabağ haqda bəyanatını dəyişməyə məcbur etdi... - NƏ BAŞ VERİR?


Sentyabrın 13-də Ermənistanın təxribatı nəticəsində sərhəddə baş vermiş qanlı toqquşmalardan sonra artıq 32-ci ildir ki, Moskvanın dəstəyi ilə Azərbaycan torpaqlarında qondarılmış və hazırda Rusiya "sülhməramlı" hərbi kontingentinin himayəsində bəslənən separatçı-terrorçu rejimin başçısı Arayik Arutyunyan verdiyi bəyanatı cəmi iki saat sonra dəyişməli olub.

Moderator.az xəbər verir ki, Ermənistanın "Past" nəşrinin yazdığına görə, Arayiki bəyanatı dəyişməyə baş nazir N.Paşinyan məcbur edib.

“Sentyabrın 14-də Nikol Paşinyanın Ermənistan parlamentində “sənədə imza atmaq” barədə məşhur bəyanatından sonra minlərlə vətəndaşımız Baqramyan prospektinə axışıb. Və bundan əvvəl böyük izdihamdan qorxan Nikol Paşinyan "Facebook"-da canlı yayım vasitəsilə deyilənləri “təkzib etməyə” və ya “tərcümə etməyə” çalışıb. Elə həmin vaxt Arayik Arutyunyan da bəyanat yayıb və baş verənlərə kifayət qədər sərt qiymətlər verib:

“Biz dəfələrlə bəyan etmişik və indi də təsdiq edirik ki, Artsaxı Azərbaycanın bir hissəsi kimi tanıya biləcək bütün sənədlər bizim üçün qəbuledilməzdir”- erməni qəzeti belə yazır.

Ermənistan nəşri daha sonra yazır ki, bir neçə dəqiqəlik fərqlə separatçı-terrorçu rejimin qondarma "xarici işlər naziri" də oxşar nota-bəyanatla çıxış edib. Lakin bu bəyanatdan düz iki saat sonra Arutyunyan məzmunu əvvəlkindən açıq şəkildə fərqli olan daha bir açıqlama verib.

“Ermənistan hakimiyyəti ilə əldə olunan razılaşmaya əsasən onların imzaladığı istənilən sənəddə Artsax xalqının maraqları və fikirləri nəzərə alınmalıdır”, - deyə Arutyunyan bu dəfə bildirib.

“Past” qəzetinin yazdığına görə, Arutyunyanın ilk bəyanatından sonra Nikol Paşinyan ona zəng edib və kifayət qədər sərt tonda bu cür davranışın yolverilməzliyini bildirməklə ondan yeni bəyanatla çıxış etməyi tələb edib.

"Görünür, bu, öz təsirini göstərib. Bunu həm ikinci bəyanat, həm də Arayikin mesajları ilə müşayiət olunan son video-müraciəti sübut edir"- deyə erməni nəşri bildirib.
Dünən, 23:39
"Dərsdən qalmaq üçün direktora illik 2 min 500 manat verilir" — Əməkdar jurnalist
Dünən, 22:50
FHN-in sevimli ünvanı: Ağa Nemətulla, ev 56, m. 105/135... - Şübhəli sövdələşmə
Dünən, 22:22
TƏBİB -tibbi yardım təşkil edir, yoxsa sağlamlığa qadağa qoyur?
Dünən, 21:47
Şəmkirdə Regional Təhsil idarəsi adına ÖZBAŞINALIQ... - GİLEY
Dünən, 21:18
Xalıqverdi Hüseynov - Azərbaycan meşələrinə Xaliqin verdiyi bəla
Dünən, 20:44
Deputat Elm və təhsil nazirini belə İFŞA ETDİ - "Nədir ki, bu adam makler Fuad Babayev qruplaşmasına aiddir..."
Dünən, 20:25
Bakı Dövlət Universitetində milyonlar hara gedir?
Dünən, 19:49
Zaur Mikayılovun `kantoru` QANUNLARI POZDU - BU DA FAKT!!!
Dünən, 19:19
İşgəncə verənlər general Bəkir Orucovun ÜZÜNƏ DURDU - İDDİA
Dünən, 16:00
Putinin inanılmaz təklifi: İran necə razı olub?
Dünən, 15:43
“İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik”
Dünən, 15:40
Prezident və xanımı Şuşaya getdi
Dünən, 15:30
Gediş haqqı artırılarsa, “1 manatlıq” taksilərə maraq artacaq - ŞƏRH
Dünən, 14:22
Sərhəddəki genişmiqyaslı döyüşlər: “Harop” və “Quzğun” nələri məhv etdi?
Dünən, 14:03
Aİ Nümayəndəliyi Vətən müharibəsində şəhid olanların ailələrinə başsağlığı verib
Dünən, 13:59
"Yaramız bizim üçün hələ də təzədir" - Polad Həşimovun anası
Dünən, 13:52
“Görünməyən qəhrəmanlar”da Tehran Mənsimov: “Xankəndini geri qaytarmaq an məsələsidir” - VİDEO
Dünən, 13:47
Vətən müharibəsinə həsr olunmuş film çəkildi - VİDEO
Dünən, 13:39
Prezidentlə xanımı Füzuliyə getdi - FOTO
Dünən, 12:12
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - YENİLƏNİB
Dünən, 10:38
“Qaçqınkom”un sifarişi ilə tikilmiş mənzillərin satış qaydası müəyyənləşdi
Dünən, 10:29
Ermənistan Azərbaycan və Türkiyə ilə bağlı elə ADDIMLAR ATACAQ Kİ... - Ter-Petrosyandan SENSASİYA
Dünən, 10:26
XİN-dən Vətən müharibəsinin ildönümü ilə bağlı BƏYANAT
Dünən, 10:11
ABŞ və Fransa Cənubi Qafqazı yenə qarışdırır: Ağ Ev və Parisdə Paşinyana nə "pıçıldayırlar"
Dünən, 10:05
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 10:00
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Dünən, 09:56
Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək