Bəzi firmalar çörəyin qiymətini artırıb - AÇIQLAMA
Iqtisadiyyat
Oxunub: 204
15 sen 2021 | 12:47
Bəzi firmalar çörəyin qiymətini artırıb - AÇIQLAMA


Azərbaycanda bəzi firmalar çörəyin qiymətini artırıb.

Bahalaşma əsasən “Çörəkçi” və “Nömrə 1” çörək firmalarının qiymətində müşahidə olunub.

“Nömrə 1” çörək zavodunun satış departamentinin müdiri Rahim Nizaməddinov “Ölkə.Az”a açıqlamasında qiymət artımını təsdiqləyib. Şirkətin nümayəndəsi bildirib ki, qiymət artımının səbəbi əsasən unla bağlıdır:

“Unun qiymətindəki artım bahalaşmanın əsas səbəblərindən biridir. O cümlədən, çörək məhsullarının hazırlanmasında istifadə olunan yağ və şəkər tozunun, çörəklərin daşınması üçün istifadə olunan paketlərin qiymətində artım var. Eləcə də, ilin əvvəlində dizelin bahalaşması da çörəklərin daşınma xərclərinin artmasına səbəb olub. Çünki biz məhsullarımızı dizel avtomobilləri ilə marketlərə çatdırır və paylanmasını həyata keçiririk”.

R. Nizaməddinovun sözlərinə görə, şirkətin 700-ə yaxın işçisi var və onların əmək haqqı təminatı, ixtisarının qarşısının alınması üçün qiymət artımına gedilib.

“Nömrə 1” çörək firmasının 4 növ çörək məhsulunda 10 qəpik, digər çörək növlərində isə 5 qəpiyə yaxın qiymət artımı olub.

“Çörəkçi” firmasından isə bildirildi ki, qiymət artımı xammalın bahalaşması ilə bağlıdır: “Un və buğda qiymətində artım maya dəyərini artırıb və bu da qiymət artımı qərarının verilməsinə səbəb olub. Lakin hər mağazanın qiyməti hansı həddə artırdığı ilə bağlı məlumatımız yoxdur”.

Qeyd edək ki, “Nur”, “Xırdalan” və digər çörək firmaları qiymətdə hər hansı artım etmədiklərini bildirdilər.
Bu gün, 15:48
Azərbaycan Bayrağı Ordenli Qarabağ döyüşçüsünün Prezidentə müraciəti
Dünən, 23:39
Mürsəl Əliyev yenə də hədəfdədir?.. - İLGİNC İDDİALAR...
Dünən, 22:50
İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək uzanan əməlləri: generala güvənirlər?
Dünən, 21:30
Gəncədə xaos baş alıb gedir- ŞİKAYƏT
Dünən, 21:00
"Böhran elə bir sahədə olacaq ki, biz heç onu gözləmirik" - Ekspert danışır
Dünən, 20:40
Ağ Ev Bakı ilə münasibətlərini gərginləşdirir... - NƏ ETMƏLİ?
Dünən, 20:11
KƏMALƏDDIN HEYDƏROVUN IŞÇILƏRINDƏN PREZIDENTƏ ŞIKAYƏT OLUNDU
Dünən, 19:46
Problemlərdən zara gələn Mingəçevir sakinləri - TƏFƏRRÜAT
Dünən, 19:20
Mövlam Şıxəliyev mobil nömrəsini 20 minə satışa çıxardı - kimə “nömrə” gəlirlər...
Dünən, 18:21
Tələbəsi Bakı Dövlət Universitetini ifşa etdi: 4500 manat hara gedir? (FOTO)
Dünən, 18:00
Dollar manatın NƏFƏSİNİ KƏSƏCƏKMİ? - ARAŞDIRMA
Dünən, 17:47
Fazil Məmmədovun biznesini idarə edən şəxsin ölkədən çıxışına “stop” qoyulur - TƏFƏRRÜAT
Dünən, 16:00
Naxçıvanda SƏRHƏD QADAĞASI belə pozulur... - İLGİNC
Dünən, 15:33
“İran və ABŞ Azərbaycana qarşı bu addımı ata bilməz” – Professor detalları açıqladı
Dünən, 15:11
İki fərqli meydanda: Qafqazda Azərbaycana, Egeydə Türkiyəyə qarşı - NƏ BAŞ VERİR?
Dünən, 14:44
"Azərsun" "Qarabağ" klubunu kimə satıb? – Sahibi dəyişir...
Dünən, 13:22
Azərbaycan məktəblərində rus bölməsinin taleyi necə olacaq? - AKTUAL
Dünən, 12:00
Nikolun “Qarabağ Ermənistandır"dan sərhəd yalvarışına qədər olan yolu - Hardan haraya...
Dünən, 11:39
Qiymət artımları əhalinin gəlirlərinin artım tempindən 5-6 dəfə çoxdur - ARAŞDIRMA
Dünən, 10:00
İran səfiri bu ölkədən qovuldu - SƏBƏB
Dünən, 09:44
Sərhəddəki erməni əsgərin şok məktubu: Öləcəyik...
Dünən, 09:30
Kadırovdan səfərbərlikdən yayınanlara sərt sözlər
Dünən, 09:00
“Rusiyanın Ukraynadakı referendumunu tanımırıq” - Türkiyə
Dünən, 01:35
Bərdə rayon sakini Mərkəzi klinikanın həkimi Lalə Əliyeva dan pulunu ala bilmir
Dünən, 01:33
Vətən bizim namusumuz, şərəfimiz, azadlığımız, mənliyimizdir. 44-günlük Vətən müharibəsinin Qazisi Əlillik ala bilmir
Dünən, 01:32
"...Ermənistan xəritədən silinəcək..."
Dünən, 00:18
Belə getsə Masallını su basa bilər-aidiyyatı qurumlar hərəkət keçdi - VİDEO+FOTO