Ölkə başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - Fotolar
Iqtisadiyyat
Oxunub: 29
21 sen 2022 | 19:57
Ölkə başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - Fotolar


Sentyabrın 21-də Prezident İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.

Dövlət başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev Prezident İlham Əliyevə “Laçın” Qovşaq Yarımstansiyası haqqında məlumat verdi.

Bildirildi ki, Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyalarına, oradan isə “Güləbird” Su Elektrik Stansiyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstansiyasından “Füzuli” və “Şuşa” yarımstansiyalarına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik veriləcək. Bununla da Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Diqqətə çatdırıldı ki, strateji əhəmiyyətə malik bu yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları, 35 kV-luq və 10 kV-luq qapalı paylayıcı qurğular ilə təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, həmçinin işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.

Yarımstansiyanın iş rejiminə real zamanda nəzarət olunması və göstəricilərin “Azərenerji” ASC-nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulacaq və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunacaq.

“Laçın” Qovşaq Yarımstansiyasında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə nasosxana binası, yanğın su hovuzu, qəza yağ tutumu, yanğından mühafizə və yanğın xəbərverici sistemləri də quraşdırılacaq.

Ölkə başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FotolarÖlkə başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FotolarÖlkə başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - FotolarÖlkə başçısı “Laçın” Qovşaq Yarımstansiyasının təməlini qoydu - Fotolar
1-10-2022, 23:33
KTN-nin BOZ KARDİNAL: Anar Hüseynov... - SƏN DEMƏ...
1-10-2022, 22:50
Zaur Mikayılov Şəmkirdə görülən işi NİYƏ TƏHVİL ALMIR? - Sakinlər ÇARƏSİZ DURUMDA
1-10-2022, 21:30
"GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
1-10-2022, 20:43
Səfər Mehdiyevin məşhur `RAMAL TRANS`ı yenə də İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR
1-10-2022, 19:19
"Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?
1-10-2022, 18:41
Təhməzovun kadrlarının Tovuzdakı İŞ METODU - NARAZILIQ VAR!
1-10-2022, 17:17
Fərxan İsmayılov kimdir?
1-10-2022, 16:00
“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ
1-10-2022, 15:16
Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanası XƏSTƏLİK MƏNBƏYİDİR - VİDEOFAKT
1-10-2022, 14:44
Əmrullayevin TENDERYEYƏNLƏRİ... - İcazə verin, şübhələnək...
1-10-2022, 13:30
Bu sahə Azərbaycanda BOŞ BURAXILIB... - "Neçə gündür sifarişim gəlib..."
1-10-2022, 12:11
Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL
1-10-2022, 11:39
Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!
1-10-2022, 11:34
Bakı və İrəvana verilən vəd: sülh müqaviləsi imzalansa... - İNCƏLƏMƏ...
1-10-2022, 11:34
Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO
1-10-2022, 10:58
Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?
1-10-2022, 10:16
Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir"
1-10-2022, 10:11
Ağ Ev: "Kreml hərbi yolla bacarmadığına siyasi yolla nail olmaq istəyir"
1-10-2022, 10:07
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
1-10-2022, 01:51
Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO
30-09-2022, 23:31
"Günəşli İnşaat"da GÜNƏŞ NİYƏ DOĞMUR... - GİLEY
30-09-2022, 22:50
Vüqar Zeynalovun tikdirdiyi binada nələr baş verir? - GİLEY
30-09-2022, 22:22
FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır... - Hüquq-mühafizə orqanları NƏYİ GÖZLƏYİR?
30-09-2022, 21:46
BU NƏDİ BELƏ: Naxçıvanda daha bir qanun pozuntusu – Vüqar Abbasov deputat mandatından məhrum edilməlidir
30-09-2022, 21:18
Məktəb direktorunun başına oyun açdılar... - Nə zəmanədə yaşayırıq bə...
30-09-2022, 20:42
Ramin Bayramlının kadrı ilə bağlı İLGİNC İDDİALAR... - Gündüz Əbdülov köhnə ampluasındadır...
30-09-2022, 20:23
Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR... - NARAZILIQ VAR!