Bu gün iki şəhid jurnalist - Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür
Medeniyyet
Oxunub: 39
29 avq 2022 | 12:19
Bu gün iki şəhid jurnalist - Çingiz Mustafayev və Sirac Abışovun doğum günüdür


Bu gün vəzifə borclarını yerinə yetirərkən şəhadətə yüksələn iki telereportyorun - Milli Qəhrəman Çingiz Mustafayevin və Sirac Abışovun doğum günüdür.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub.

Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.

Novator fikirlərə malik Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ kimi də tanınır.

Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub.

1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, “215 kl” studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı olub.

Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, “215 kl” studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb.

Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı teletarixin dramatik səhifələri kimi yadda qalıb.

Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.

Sonradan, 1993-cü ilin əvvəllərində Seyidağa çəkdiyi kadrlar əsasında “Xocalı əsrin faciəsi” adlı film hazırladı. Bu Xocalı soyqırımı haqqında ilk film idi.

1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.

O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Onun Azərbaycan jurnalistikasındakı qəhrəmanlıq yolunu davam etdirən teleoperator Sirac Abışov isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarını video şəklində tamaşaçılara təqdim edirdi. Əslən Qubadlıdan olan və məcburi köçkün həyatı yaşayan Sirac üçün bu təkcə peşə borcu yox, həm də şəxsi qürur məsələsi idi.

O, məsləkdaşı Məhərrəm İbrahimovla birlikdə ötən ilin iyun ayının 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək şəhid olub. O torpaqlarımızda törədilən erməni vandalizmini dünya ictimaiyyətinə çatdırarkən şəhid olub. Səkkiz ay idi ki, orada peşə fəaliyyət ilə məşğul idi.

Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli sərəncamı ilə S.Abışov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” medalı ilə də təltif edilib.
Bu gün, 16:00
Putinin inanılmaz təklifi: İran necə razı olub?
Bu gün, 15:43
“İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik”
Bu gün, 15:40
Prezident və xanımı Şuşaya getdi
Bu gün, 15:30
Gediş haqqı artırılarsa, “1 manatlıq” taksilərə maraq artacaq - ŞƏRH
Bu gün, 14:22
Sərhəddəki genişmiqyaslı döyüşlər: “Harop” və “Quzğun” nələri məhv etdi?
Bu gün, 14:03
Aİ Nümayəndəliyi Vətən müharibəsində şəhid olanların ailələrinə başsağlığı verib
Bu gün, 13:59
"Yaramız bizim üçün hələ də təzədir" - Polad Həşimovun anası
Bu gün, 13:52
“Görünməyən qəhrəmanlar”da Tehran Mənsimov: “Xankəndini geri qaytarmaq an məsələsidir” - VİDEO
Bu gün, 13:47
Vətən müharibəsinə həsr olunmuş film çəkildi - VİDEO
Bu gün, 13:39
Prezidentlə xanımı Füzuliyə getdi - FOTO
Bu gün, 12:12
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - YENİLƏNİB
Bu gün, 10:38
“Qaçqınkom”un sifarişi ilə tikilmiş mənzillərin satış qaydası müəyyənləşdi
Bu gün, 10:29
Ermənistan Azərbaycan və Türkiyə ilə bağlı elə ADDIMLAR ATACAQ Kİ... - Ter-Petrosyandan SENSASİYA
Bu gün, 10:26
XİN-dən Vətən müharibəsinin ildönümü ilə bağlı BƏYANAT
Bu gün, 10:11
ABŞ və Fransa Cənubi Qafqazı yenə qarışdırır: Ağ Ev və Parisdə Paşinyana nə "pıçıldayırlar"
Bu gün, 10:05
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edib
Bu gün, 10:00
Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:56
Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Bu gün, 09:39
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 2 il ötür - VİDEO
Bu gün, 09:30
Müdafiə Nazirliyi Anım Günü ilə bağlı paylaşım edib
Bu gün, 09:14
Prezident Anım Günü ilə bağlı paylaşım etdi - Foto
Bu gün, 09:00
Bu gün Azərbaycanda Anım Günüdür
Bu gün, 01:01
Rafail Teymur oğlu Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsinin Şəhidi
Dünən, 23:39
"...hökumət imkan versə bir kisəsi 35 manata keyfiyyətli un hər kəs idxal edə bilər..."
Dünən, 22:50
İkiuşaqlı əlil - məcburi köçkün ataya yenə ünvanlı yardım ayrılmayıb - “Eyni dalğa, eyni koordinat”: ana öz evində uşaqları ilə görüşüb! (?)
Dünən, 22:22
İsmayıllıda ibtidai icma şərtləri... - GİLEY
Dünən, 21:46
5 saylı şəhər xəstəxanasının baş həkimi Fazil Alməmmədov, Səhiyyə nazirindən xəbərsiz 8 saylı poliklinikaya 67 yaşlı, təqaüdçü Şəhla Məmmədovanı rəhbər təyin etdi...