Bu gün Azərbaycanda televiziyanın yaranma günüdür
Medeniyyet
Oxunub: 41
14 fev 2023 | 10:20
Bu gün Azərbaycanda televiziyanın yaranma günüdür


“Diqqət-diqqət, göstərir Bakı” - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.

Şərqdə ilk televiziyanın ölkəmizdə fəaliyyətə başlamasından ötən 67 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayımvericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Teleradionun uğurlu fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran Ulu Öndər onun cəmiyyət həyatında, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, milli-mənəvi dəyərlərin təbliğindəki rolunu yüksək qiymətləndirir, siyasətin bu tribunadan xalqa çatdırılmasına böyük əhəmiyyət verirdi. Azərbaycan Teleradiosu bu gün də xalqın əsl tribunasıdır. O, ölkə vətəndaşlarına Azərbaycan həqiqətlərini təqdim edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu prosesi, davamlı və ardıcıl olaraq həyata keçirilən uğurlu islahatlar, ölkənin dinamik inkişafı, qazanılan nailiyyətlər bu kanalın gündəlik fəaliyyətində öz əksini tapır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin operativ işıqlandırılması, dövlətimizin rəsmi mövqeyinin həm ölkə daxilində, həm dünyada tam dəqiqliklə yayımlanması Azərbaycan Teleradiosunun müstəsna xidmətidir. Artıq onun hədəfi təkcə Azərbaycan tamaşaçısı, dünya azərbaycanlıları deyil, dünya ölkələri, dünya tamaşaçısıdır.

Televiziyanın efirində ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Hazırda Azərbaycan Televiziyasında müxtəlif mövzularda tok-şoular, portret və səyahət verilişləri, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Televiziyanın analitik proqramları da kifayət qədərdir.

Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.

2009-cu il fevralın 1-dən efirə çıxan “İdman Azərbaycan” kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.

2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan “Mədəniyyət” kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi “Mədəniyyət” kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.

Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək “əyarlı” peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.
Bu gün, 11:47
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kök salmış Qasımovlar klanı – TƏFƏRRÜAT
Bu gün, 11:37
İşğal siyasətinin ilk qurbanı - Bağanis-Ayrım soyqırımından 33 il ötür
Bu gün, 11:32
ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb
Bu gün, 11:26
Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər
Bu gün, 11:22
“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”
Bu gün, 11:16
Apreldə 12 gün iş olmayacaq
Dünən, 15:00
Viləşçay Su Anbarı İstismarı Idarəsinin Rəisinin Öz Qiymətləri Var – Masallı Fermerləri Qan Aglayır
Dünən, 12:28
Ararat Mirzoyan: "Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır"
Dünən, 12:24
ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
Dünən, 12:20
İlk “Altay” tankları Türkiyə ordusunun istifadəsinə veriləcək
Dünən, 12:16
"SEPAH üzvləri arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır" - RƏY
Dünən, 12:11
Azərbaycan və Misir prezidentləri arasında telefon danışığı olub
Dünən, 12:01
Ukrayna Baş Qərargahı: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”
Dünən, 11:55
Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi
Dünən, 11:51
İsmayıllıda zəlzələ olub
23-03-2023, 11:24
FED-in yeni qərarından sonra manatı nə gözləyir?
23-03-2023, 11:19
ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
23-03-2023, 11:14
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
23-03-2023, 11:09
Azərbaycanda Ramazan ayı başlayıb
23-03-2023, 11:05
Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
23-03-2023, 10:51
Ermənistan - Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu
23-03-2023, 10:47
Ərdoğan: "Zəlzələdə dağılan binalarla bağlı 302 nəfər həbs olunub"
22-03-2023, 10:54
Pakistanda zəlzələ qurbanlarının sayı artdı
22-03-2023, 10:49
Fərrux əməliyyatı bizə hansı üstünlüklər qazandırdı? - VİDEO
22-03-2023, 10:11
Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü
22-03-2023, 10:06
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
22-03-2023, 10:01
“Yol terroru”nun piyada qurbanları: 3D formatlı zolaqlar qəzaların qarşısını ala bilər? - AÇIQLAMA