Bakı və Moskva arasında yeni “Yol xəritəsi”, İrəvana 6 ay vaxt... - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 128
15 yan 2022 | 17:47
Bakı və Moskva arasında yeni “Yol xəritəsi”, İrəvana 6 ay vaxt... - NƏ BAŞ VERİR?


Ölkə başçısının yerli telekanallara müsahibəsindəki bəzi şifrələri Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovla çözməyə çalışdıq. DİA.AZ-ın məlumatına görə, politoloq Publika.az-a müsahibəsində bildirdi ki, bir neçə onillikdən sonra Azərbaycanın digər torpaqları ilə bağlı vəziyyət tamamilə başqa bir məcra alacaq.

- Zaur bəy, Prezidentin yerli telekanallara müsahibəsində Ermənistana sərt xəbərdarlığının arxasında nə dayanır?

- Prezident İlham Əliyevin çıxışı özünə əmin və konkret bir çıxış oldu. Təbii ki, ilin-günün bu vaxtında xalq üçün də Prezidentin həm daxili, həm xarici, həm də sosial-iqtisadi məsələlərlə bağlı özünə əmin çıxışı olduqca vacib idi. Bundan başqa, ölkə başçısı çıxışında xarici siyasətlə bağlı çox vacib məqamlara toxundu, son zamanlar Ermənistanın bölgədə yenidən apardığı təxribatçı siyasətə nəzər yetirərək qeyd etdi ki, ola bilsin ki, onlar MDB məkanında hansısa proseslərdən ruhlanıblar. Amma biz buna imkan verməyəcəyik. Amma Ermənistan həm delimitasiya və demarkasiya məsələsi, həm də kommunikasiya xətlərinin açılması ilə bağlı verdiyi sözləri yerinə yetirməzsə, burada Azərbaycan üçün faciəvi heç nə olmayacaq. Əksinə, Ermənistan öz gələcəyini düşünməlidir.

- Ölkə başçısı yarımaçıq formada İrəvana Zəngəzur mesajı da göndərdi...

- Cənab Prezident babasının qəbri, eləcə də Qərbi Azərbaycan məsələsinə də toxundu. Onların haradan Naxçıvana köçdüyünü qeyd etdi. Ölkə başçısı bundan əvvəlki çıxışlarının birində də Ulu öndərin ailəsinin Qərbi Azərbaycandan, məhz Zəngəzur torpaqlarından Naxçıvana gəlməsini qeyd etmişdi. Bu, erməni tərəfinə bir siqnal olmalıdır. Ermənistan sülhün qorunması ilə bağlı təxribatlar törədəcəksə, İrəvan bundan sonra da revanşizm meyllərini davam etdirəcəksə, biz Azərbaycanın digər tarixi torpaqları haqqında da gələcəkdə düşünə bilərik. Mən onu əlavə etmək istəyirəm ki, bir neçə onillikdən sonra Azərbaycanın digər torpaqları ilə bağlı vəziyyət tamamilə başqa bir məcra alacaq. Bu, tarixi labüdlük olacaq. Çünki biz yaxşı başa düşürük ki, Ermənistan heç vaxt öz torpaq iddialarından əl çəkməyəcək. Həm Ermənistanın özü, həm də erməni kilsəsi və diasporu, ümumiyyətlə, Ermənistan dövlətinin qurulma fəlsəfəsinin özü Türkiyə ilə Azərbaycan arasında daima xristian dövlətinin olmasına hesablanıb. Buna görə də Zəngəzur, Göyçə, İrəvan mövzuları ilə hər zaman Ermənistana öz təzyiqimizi etməliyik.

- Azərbaycan indiki Ermənistan ərazisindəki tarixi torpaqlarımızla bağlı məsələ qaldıra bilərmi?

- Ümumiyyətlə, erməni dövlətinin bugünkü ərazisi heç bir tarixi və hüquqi çərçivəyə sığmır. Ən azından 1920-1991-ci illərdə Ermənistan dövlətinin ərazisinin genişləndirilməsinin tarixi bağları mövcud deyil. 1920-ci ildə Ararat Respublikası SSRİ-nin tərkibinə daxil olarkən onun ərazisi cəmi 9 min kvadratkilometr idi. İndi isə Ermənistanın ərazisi 30 min kvadratkilometrə yaxındır. Bu da öz-özlüyündə SSRİ zamanı Azərbaycan torpaqlarında yaranmış və təbii ki, Azərbaycan xalqının iradəsinə zidd olan bir məsələdir. Vaxt gələcək, biz mütləq şəkildə bu məsələni qaldıracağıq. Bu, Sovet İttifaqı liderlərinin icazəsiz olaraq Azərbaycan torpaqlarını kiməsə verməsidir. Bu gün Qazaxıstanın şimalından, Krımdan çox danışılır. Amma ruslar bütün bunlar haqqında danışarkən yaxşı olardı ki, elə ilk növbədə Ermənistandakı tarixi Azərbaycan torpaqlarından danışsınlar. Yaxşı olardı ki, müxtəlif SSRİ rəhbərlərinin hər zaman ermənilərə bəxşiş etdiyi Azərbaycan torpaqlarının qeyri-qanuni olduğu məsələsini gündəmə gətirsinlər. Çünki bu, çox ciddi bir məsələdir. Mən düşünürəm ki, ermənilərin apardığı qeyri-konstruktiv siyasət özlərinin də ciddi şəkildə əleyhinə olacaq. Onlar bir gün gözlərini açıb görəcəklər ki, adlarını dəyişdirdikləri torpaqlar əsl türk torpaqları adına və sırasına daxil edilib. Digər tərəfdən, biz onu qeyd etməliyik ki, ölkə başçısı 12 yanvarda yerli televiziya kanallarına müsahibəsi zamanı həm də Rusiya və Avropa İttifaqı ilə bağlı maraqlı açıqlamalar verdi.

- Prezident sülhməramlıları da unutmadı. Onların bir sıra fəaliyyətlərini sərt şəkildə tənqid atəşinə tutdu...

- Prezident sülhməramlılarla bağlı danışarkən Laçın dəhlizindən nə qədər avtomobil keçdiyini, onların nə qədərinin yoxlanıldığını, neçəsinin yoxlanılmadığını bildirdi. Ölkə başçısının Laçın dəhlizinə girişdə 91% avtomobilin yoxlanılmadığını bildirməsi düşünürəm ki, Rusiya Müdafiə Nazirliyi üçün çox ciddi bir siqnal olmalıdır. Yəni, biz baş verən bütün məsələlərdən agahıq. Yəni, Laçın dəhlizi ilə Rusiya sülhməramlılarının məsuliyyət zonasında terrorçular, silahlı qruplaşmaların üzvləri də ola bilər. Belə olan halda bu, qanunaziddir. Bu gün əsas vəzifələri Laçın dəhlizinin girişində dayanıb yoxlama aparmaq olanlar öz işlərinə məsuliyyətlə yanaşmalıdır. Yoxlamalarını aparsınlar. Əgər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirməyəcəklərsə, biz hər an Laçın dəhlizinə nəzarəti tamamilə bərpa edə bilərik. Hələ ki, bizim səbrimiz var. Amma bu səbr tükənməz deyil. Rusiya tərəfi bunu da bilməlidir. Prezidentin ümumilikdə sülhməramlıların məsuliyyət zonasındakı fəaliyyətindən razı qalması onun göstəricisidir ki, Bakı və Moskva arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı müəyyən “Yol xəritəsi” olmaqdadır.

- Bəs, Qərblə münasibətlər bundan sonra hansı kontekstdə inkişaf edəcək?

- Ölkə başçısı müsahibəsində Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla bağlı pozitiv fikirlər səsləndirdi. Əslində, bu istiqamətdəki fikirlər də reallığı əks etdirir. Biz müharibədən sonrakı dövrdə beynəlxalq təşkilatların bu dəfə qalib dövlətin yanında, daha obyektiv şəkildə yer aldığının şahidi olduq. Doğrudur, UNESCO və Avropadakı bəzi parlamentarilər tərəfindən ölkəmizə qarşı ayrı-seçkilik var idi. Amma ümumi götürdükdə biz bu ayrı-seçkiliklərin sayının azaldığını görməkdəyik. Nəticə etibarı ilə biz Cənubi Qafqazdakı yeni reallıqları bütün tərəflərin qəbul etdiyinin şahidiyik.
Dünən, 23:39
1.6 manatlıq şirkətlə yarım milyonluq müqavilə – Cənub rayonları üçün “tender canavarı”
Dünən, 22:50
Arzu Rəhimov nə qədər `maskalanmalıdır` ki Kürdəmirdəki AYIB ÖRTÜLSÜN... - İTTİHAM VAR!
Dünən, 22:22
Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - SİYAHI
Dünən, 21:43
Əbülfəz Məlikov: "qara inhisarın" başında duran şəxsin həbsi daha kimlərin karyerasına son qoyacaq? - Əbülfəz Məlikov gömrük təşkilatının "qara qutusudur"
Dünən, 21:18
Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu - İLGİNC FAKTLAR
Dünən, 20:46
30 ilin müharibə əlili pensiyaçılarının, Prezident təqaüdçülərinin adı e-sistemdə yoxdur? !
Dünən, 20:24
Kəmaləddin Heydərovun qorxusu, brokerin həbsi, Mədət Quliyevin narahatlığı...
Dünən, 19:49
Bərdənin icra başçısı DÖVLƏTƏ MEYDAN OXUYUR... - FOTOFAKT
Dünən, 19:19
Azərbaycanda ucuz taksi dövrü bitir? - Ekspert danışır
Dünən, 18:50
Hörmətli deputatın da qardaşı TENDERXANA işbazı imiş... - BU DA FAKT!!!
Dünən, 18:20
Mişel Əliyevlə Paşinyanı 4-cü dəfə görüşdürəcək - Rusiya “ofsayta” düşdü, yoxsa...
Dünən, 17:53
Alı Alıyev NƏ ZAMAN HƏBS OLUNACAQ? - Camaat NARAZILIQ EDİR...
Dünən, 17:43
Ermənilərdən boşalan Laçın... - QİSAS-ın ardından...
Dünən, 17:25
Azərbaycan iki ölkənin hədəfində - NƏ BAŞ VERİR?
Dünən, 16:00
“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
Dünən, 15:30
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Dünən, 15:00
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Dünən, 14:56
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
Dünən, 13:36
"Görünən dağa nə bələdçi?!" - FOTO
Dünən, 13:31
Nazir kapitanı rəis təyin etdi
Dünən, 13:20
Balababanın Səxavəti BALA-BALA DAĞIDIR... - İTTİHAM VAR!
Dünən, 13:19
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Dünən, 12:56
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
Dünən, 12:48
Prezident Türkiyəyə işgüzar səfərə gedib
Dünən, 12:33
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurlayıblar - Dəhşətli qətlin üstü açılır
Dünən, 12:29
Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir"
Dünən, 12:03
FTB Trampın evində 9 saatlıq axtarış aparıb