Qarabağdakı “Qisas” Putin-Ərdoğan görüşü kontekstində: - Rusiyanın istədiyi, Qərbin “narahatlığı”
Siyaset
Oxunub: 165
5 avq 2022 | 17:53
Qarabağdakı “Qisas” Putin-Ərdoğan görüşü kontekstində: - Rusiyanın istədiyi, Qərbin “narahatlığı”


Avqustun 3-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni separatçıların təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər 10 Noyabr bəyanatından sonra ilk genişmiqyaslı antiterror əməliyyatıdır (“Qisas” adı verilib).

Bunu 10 Noyabr bəyanatından sonrakı ikinci böyük toqquşma adlandıra bilərik, birincisi 2021-ci ilin noyabrında Azərbaycan-Ermənistan dövlət sərhədində qeydə alınmışdı.

Hərçənd ki, 2022-ci ilin mart ayında da Fərrux yüksəkliyi və Fərrux kəndi antiterror əməliyyatı ilə azad edilmişdi, amma o, daha çox hibrid müharibə elementlərini özündə cəmləşdirirdi və bir növ qorxutma aktı idi.

Bu dəfə isə Azərbaycan Ordusu arsenalındakı aviasiya vasitələrinin cüzi bir hissəsini, daha dəqiq desək, bir neçə zərbə PUA-sını havalandıraraq separatçıların yerləşdiyi hərbi obyektləri, onların canlı qüvvə və texnikalarını darmadağın etdi.

Təbii ki, quru qoşunlarının da az bir hissəsinin hərəkət manevrində həmin aviasiya zərbələri rol oynayıb və indi Azərbaycan hərbçiləri azad edilmiş ərazilərdə möhkəmlənirlər.

Bununla da Azərbaycan əyani olaraq sülhməramlıların xidmət apardıqları region üzrə suveren hüquqlarının mütləq bərpası yolunda qətiyyətli olduğunu yumşaq güc yolu ilə nümayiş etdirdi və Ermənistan bundan dərs çıxarıb separatçıların Qarabağdan çıxarılmasını təmin etməlidir.

Bunun əksi İrəvan üçün daha böyük bəlalar gətirəcək və əməliyyatların miqyası Ermənistanla sərhəddə də özünün həlledici nəticəsini ortaya qoyacaq.

Qarabağdakı silahlı toqquşmaların avqustun 5-də Soçidə keçiriləcək Rusiya-Türkiyə prezidentlərinin (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) görüşü ərəfəsində baş verməsi Bakı-Ankara-Moskva üçlüyünün növbəti razılaşma ilə yola çıxdığını göstərir.

Deməli, sabah Soçidə Putinlə Ərdoğan Qarabağdakı toqquşmanı müzakirə masasına qoyacaqlar və perspektiv üçün növbəti nəticəəsaslı qərarlar qəbul edəcəklər.

Azərbaycanın keçirdiyi antiterror əməliyyatının hərbi-siyasi aspektlərinin dəyərləndirilməsini bu istiqamətlər üzrə qeyd etməliyik:

1. Azərbaycanla Türkiyə strateji müttəfiqlik xarakterini situasiyaya uyğun şəkildə bərkidərək Rusiyanı hərbi əməliyyatlar barədə məlumatlandırıblar,

2. Azərbaycan Prezidenti İlham Əliyevin son xəbərdarlıqları fonunda Rusiyaya çatdırılan mesajları Kreml təhlil edib və Moskva Bakı-Ankara ikilisi ilə münasibətləri pozmamaq qərarını verib.

Bunu Rusiyanın Ukraynada üzləşdiyi çətinliklərdən dolayı Cənubi Qafqazda Azərbaycan və Türkiyə ilə münasibətlər sistemini korlamamaq xətti ilə əlaqələndirmək olar.

Nəzərə alınmalıdır ki, Türkiyə ilə Rusiyanın Suriyada, Cənubi Qafqazda təhlükəsizlik siyasəti spesifik maraqlarla birləşir, hərçənd ki, iki coğrafiyanın hərbi-siyasi xarakteri fərqlidir.

Prosesləri Azərbaycanın Rusiya ilə Qərb arasında incə balansı saxlaması müstəvisində də qiymətləndirməliyik, amma Bakı keçirdiyi əməliyyatları ən çox Türkiyədən aldığı dəstək və Rusiya ilə danışıqlarla müəyyənləşdirir.

Qərbin coğrafi hüdudları Cənubi Qafqazdan çox uzaq olsa da, onun iqtisadi əsaslarla regionda böyük siyasi maraqlar yaratmasını gözardı edə bilmərik.

Qərbin Azərbaycan Ordusunun əməliyyatlarından narahatlığı təhlükəsizlik mühitinin alovlanmamasına görədir, üstəgəl onlar hələ də erməni amilini kart kimi əldə saxlamaq imkanını havaya sovurmayıblar.

Qərb Azərbaycanla əlaqələrin dərinləşməsinə xeyli önəm versə də, təəssüflər olsun ki, erməni faktorunu manipulyasiya edərək özünün dəyərlər sisteminə inteqrasiyadan kənarda tutmur.

Ancaq Qərbdən gələn narahatlıqlar bir növ diplomatik çağırışdır və Azərbaycanın maraqları əleyhinə həlledici bir əsas sayıla bilməz.

Rusiyanın isə Azərbaycanla Ermənistana münasibətinin nisbəti fərqli meyara əsaslanır, Moskva İrəvanın öz orbitindən uzaqlaşaraq Qərbə meyillənməsini qəbul etmir və onu daim cəzalandırma mexanizmləri üzərində işləyir. Kremlin Ermənistan hərbi-siyasi dairələrinin vay-şivənliyinə əhəmiyyət verməməsi də bunun sübutudur.

Rusiya Ermənistanı özünün imperiya subyekti kimi nəzərdən keçirir və İrəvanı hədəf taxtasına oturdur, Bakı isə bu gedişatdan məharətlə yararlanaraq özünün maraqlarını və təhlükəsizliyini təmin edir.

Qarabağdakı sonuncu toqquşma Azərbaycan və Ermənistan arasındakı danışıqlarda Bakının əlini əlavə vasitələrlə gücləndirən amilə çevrilir.

Buna görə də proqnozlaşdırmaq çətin deyil ki:

1. Azərbaycan Ermənistanla sərhədin delimitasiyasının başlanmasını sürətləndirmək üçün xeyli tutarlı rıçaq qazandı;

2. Ermənistan Qarabağdakı separatçılar üzərində manipulyasiya etmək imkanlarını tamamilə itirəcək. Buna görə də Ermənistan qanunsuz erməni silahlı qruplaşmalarının taleyini Azərbaycanın öhdəsinə buraxacaq;

3. Qarabağdakı mülki erməni əhalinin təhlükəsizliyinə dair Azərbaycanın verdiyi zəmanətlərlə razılaşmalı olacaq.
Aqşin Kərimov
Bu gün, 09:00
Hərbçilərin pensiyası ilə bağlı yeni QƏRAR
Dünən, 23:39
"Azərlotoreya" YENİ OLİQARXI YETİŞDİRİR... - Onun da adı Cahangirdir...
Dünən, 22:50
Heydərovun kadrları Qəbələdə GÜL VURUR - KORRUPSİYA İTTİHAMI...
Dünən, 22:22
Elçin Quliyevin kantorunun NAĞIL KİMİ TENDERİ... - Qalib şirkət elandan sonra yaranıb
Dünən, 21:48
Ağalar Vəliyevin şirkəti vətəndaşları ömürlük tora salır - "Kristal Abşeron"-da fantastik qiymətlər...
Dünən, 21:18
Zeynal Tarquliyev HƏBSİN ASTANASINDA... - Səfər Mehdiyevin yaxınları HƏDƏFDƏ
Dünən, 20:43
Səhiyyə naziri üçün VACİB SUAL... - Dİ, CAVAB VER...
Dünən, 20:24
İcra başçısı aldığı rüşvəti qaytarmadığına görə MƏHKƏMƏYƏ VERİLİR - TƏFƏRRÜAT
Dünən, 19:49
Bir vandalizmin pərdəarxası - və ya mahnıdan sözləri çıxara bilməzsən
Dünən, 19:19
“Müstəntiq məndən 25 min manat istədi” - Klinika rəhbərindən İLGİNC İDDİA
Dünən, 19:19
Vaqif Abdullayevin DÖVLƏTDƏN OĞURLADIQLARI... - DÖVLƏTƏ QAYIDACAQMI?
Dünən, 19:00
"Sahil-S İnşaat" MTK-nın qurbanları YENƏ ÇÖLLƏRDƏ QALIB... - Bakıda AKSİYA
Dünən, 18:50
Naxçıvan polisi qətl hadisəsinin üstünü açdığı üçün cəzalandırılır – “Dərəbəylik” qanunlarına əsasən
Dünən, 18:20
Mərdan Camalovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...
Dünən, 17:47
Həbs edilən `Broker Əbülfəs"in həyat yoldaşı ERMƏNİDİRMİ? - İddia var, inkar yoxdur...
Dünən, 17:23
Putin Əliyevin "Qisas"ını niyə sakit qarşıladı? - Antiterrorun detalları...
Dünən, 16:44
Pozduran Dadaş, “Demirören Holding”, "Scientific Games" və milyonlar... - ARAŞDIRMA
Dünən, 16:17
Xaricdəki səfirliklərimizin SAYT YEYİNTİSİ... - FOTOFAKT
Dünən, 16:00
Qurban Qurbanov: "Səfərə çox böyük inamla gedirik"
Dünən, 15:30
Azərbaycanda telefonla dəmir yolu bileti almaq olacaq
Dünən, 15:00
Prezident sərəncam imzaladı
Dünən, 14:46
Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir
Dünən, 14:44
AMEA-da saxta “elmlər doktoru”na kim vəzifə həvalə edib?
Dünən, 14:42
Qubadlıda minaya düşən şirkət əməkdaşı ayağını itirdi: Şirkətin saxta işləri İFŞA OLUNDU -VİDEO
Dünən, 14:22
Azərbaycanda dini konfessiyaların nümayəndələri qan verib
Dünən, 12:29
Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
Dünən, 12:24
Allahşükür Paşazadə: "Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir"