“Buna görə Laçın şəhərini nəzarətə götürə bilməmişdik”
Siyaset
Oxunub: 31
21 sen 2022 | 20:03
“Buna görə Laçın şəhərini nəzarətə götürə bilməmişdik”


“Qırx dörd günlük Vətən müharibəsinin sonunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi”.

“Bunu Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan zaman çıxışında bildirib.

“Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində mənim təkidimlə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Biz isə razılaşmaları daha tez bir zamanda başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni, bir il 8 aydan sonra artıq alternativ yol hazır idi. Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu və biz Laçın şəhərini qaytardıq”, - deyə dövlət başçısı bildirib.
Bu gün, 09:15
Pandemiyanın sonu görünür: Risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar
Bu gün, 09:00
Suqovuşanın erməni işğalından azad edilməsindən iki il ötür
1-10-2022, 23:33
KTN-nin BOZ KARDİNAL: Anar Hüseynov... - SƏN DEMƏ...
1-10-2022, 22:50
Zaur Mikayılov Şəmkirdə görülən işi NİYƏ TƏHVİL ALMIR? - Sakinlər ÇARƏSİZ DURUMDA
1-10-2022, 21:30
"GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
1-10-2022, 20:43
Səfər Mehdiyevin məşhur `RAMAL TRANS`ı yenə də İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR
1-10-2022, 19:19
"Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?
1-10-2022, 18:41
Təhməzovun kadrlarının Tovuzdakı İŞ METODU - NARAZILIQ VAR!
1-10-2022, 17:17
Fərxan İsmayılov kimdir?
1-10-2022, 16:00
“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ
1-10-2022, 15:16
Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanası XƏSTƏLİK MƏNBƏYİDİR - VİDEOFAKT
1-10-2022, 14:44
Əmrullayevin TENDERYEYƏNLƏRİ... - İcazə verin, şübhələnək...
1-10-2022, 13:30
Bu sahə Azərbaycanda BOŞ BURAXILIB... - "Neçə gündür sifarişim gəlib..."
1-10-2022, 12:11
Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL
1-10-2022, 11:39
Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!
1-10-2022, 11:34
Bakı və İrəvana verilən vəd: sülh müqaviləsi imzalansa... - İNCƏLƏMƏ...
1-10-2022, 11:34
Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO
1-10-2022, 10:58
Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?
1-10-2022, 10:16
Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir"
1-10-2022, 10:11
Ağ Ev: "Kreml hərbi yolla bacarmadığına siyasi yolla nail olmaq istəyir"
1-10-2022, 10:07
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
1-10-2022, 01:51
Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO
30-09-2022, 23:31
"Günəşli İnşaat"da GÜNƏŞ NİYƏ DOĞMUR... - GİLEY
30-09-2022, 22:50
Vüqar Zeynalovun tikdirdiyi binada nələr baş verir? - GİLEY
30-09-2022, 22:22
FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır... - Hüquq-mühafizə orqanları NƏYİ GÖZLƏYİR?
30-09-2022, 21:46
BU NƏDİ BELƏ: Naxçıvanda daha bir qanun pozuntusu – Vüqar Abbasov deputat mandatından məhrum edilməlidir
30-09-2022, 21:18
Məktəb direktorunun başına oyun açdılar... - Nə zəmanədə yaşayırıq bə...