Kəlbəcərin azadlığından iki il ötür
Siyaset
Oxunub: 11
25 noy 2022 | 09:00
Kəlbəcərin azadlığından iki il ötür


Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür.

Rayonun yadelli düşmən tapdağından qurtulmasından iki il ötür.

Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi. Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzatdı.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun parlaq qələbəsi ilə başa çatıb, işğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımız ucaldılıb.

İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkilib. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu noyabrın 25-də qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada üçrəngli şanlı bayrağımız ucaldılıb.

2021-ci ilin avqustunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda səfərdə olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb. Dövlət başçısı və birinci xanım rayonda təməlqoyma mərasimlərində, bir sıra tədbirlərdə iştirak ediblər.

Dövlət başçısı bu il iyunun 26-da da Kəlbəcərdə səfərdə olub və orada həyata keçirilən işlərlə tanış olub. Hazırda Kəlbəcərdə bərpa-yenidənqurma işləri aparılır, yeni infrastruktur qurulur, rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. İndi Kəlbəcərin 77 000-dən çox əhalisi doğma yurda qayıdış gününün başlamasını səbrsizliklə gözləyir.

Xatırladaq ki, terrorçu-işğalçı erməni silahlı dəstələri 1993-cü il aprelin 2-də Kəlbəcəri işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.
Dünən, 23:36
Leriklilərin tanımadığı “nüfuzlu sülalə…” – İmanovların təbliğatını kim aparır?
Dünən, 22:22
Naxçıvan Mədəniyyət Nazirliyi Bakıdan gələn müfəttişləri aldadıb... - ““Həmin hamam, həmin tas”dır”
Dünən, 21:48
İllərdir Naxçıvan gömrüyündə ƏRKÖYÜNLÜK EDƏNLƏR... - Onların da SONU ÇATIB
Dünən, 20:21
Şahin Bağırov da bacarmadı, əla fürsət düşüb... - DGK LƏĞV OLUNUR?
Dünən, 19:49
"Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun" - GİLEY
Dünən, 17:17
Bakıda 22 il əvvəl baş verən dəhşətli hadisə - Gəlin oynadığı yerdə... - VİDEO
Dünən, 16:00
Kadırovun Putinlə selfisi
Dünən, 14:22
Rəqsanə qızına görə keçmiş ərini məhkəməyə verdi - DNT testi olacaq (VİDEO)
Dünən, 13:44
DÇ-2022: Fransa Danimarka ilə, Argentina Meksika ilə qarşılaşacaq
Dünən, 13:00
Tokayev and içdi
Dünən, 12:30
Səudiyyəli futbolçulara Argentina üzərində qələbəyə görə “Rolls Royce” hədiyyə edilib
Dünən, 11:30
Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Dünən, 11:07
Şəhərdə “Kalaşnikov”la gəzən keçmiş məhkum tutulub - FOTO
Dünən, 11:00
Əxlaqsız yuvası
Dünən, 10:50
6 günün bəhrəsi
Dünən, 10:39
Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır - Peskov
Dünən, 10:00
İlham Əliyev: “Türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var”
Dünən, 09:16
Rusiyalı politoloq: “Ermənistan ikinci Ukrayna ola bilər”
Dünən, 09:00
“Türkiyə, Azərbaycan və Pakistan əməkdaşlıqlarını genişləndirirlər”
25-11-2022, 23:48
"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir
25-11-2022, 23:39
MÜŞTƏRİ “KONTAKT HOME”UN QARA CÜMƏ FIRILDAĞINI FAŞ ETDİ – FOTO
25-11-2022, 22:50
Kapital Bankın adından DƏLƏDUZLUQ - “Umico Bank” vətəndaşların pullarını belə MƏNİMSƏYİR
25-11-2022, 22:22
Agentlik hansı deputatın şirkətinə 3 milyon manat ayırıb?
25-11-2022, 21:43
Naxçıvanın həftəbecər generalı Daşqın Rəhimov kimdir:
25-11-2022, 21:18
"Naxçıvan Nigah evlərinin qabağına nəzir qutusu qoyulsun və üzərində "nazir Daşqın Rəhimov üçün şirinlik kassası qoyulsun- minimum məbləğ 20 manat" yazılsın"
25-11-2022, 20:44
Dövlət Məşğulluq Agentliyi KİMƏ İŞLƏYİR? - .. Hər halda, VƏTƏNDAŞA YOX
25-11-2022, 20:24
Yeni sədr Dəmir Yolarını TARAYIR... - TOTAL ixtisara gedilir?