Kəlbəcər su ilə təmin edilib
Sosial
Oxunub: 134
25 noy 2021 | 10:47
Kəlbəcər su ilə təmin edilib


İşğaldan azad olunmuş Kəlbəcər rayonunda “Azərsu” tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Bu barədə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) məlumat yayıb.

İşğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra operativ şəkildə rayon mərkəzinin içməli su təchizatı sistemlərinin bərpasına başlanılıb. Rayon ərazisində xidməti vəzifələrini yerinə yetirən şəxsi heyətin, eləcə də tikinti-quraşdırma işlərinə cəlb olunmuş mülki əhalinin dayanıqlı içməli su təminatı məqsədilə Kəlbəcərdə fasiləsiz xidmət təşkil olunub, su mənbələri, magistral kəmərlər və anbarlarda lazımi işlər görülür.

Kəlbəcər rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşıdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub.

“Azərsu” ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib. Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalı hissəslərində təmir-bərpa işləri görülüb. Su təchizatı sistemində aparılan bərpa işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.

Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib.
Qeyd edək ki, “Azərsu” ASC tərəfindən Kəlbəcər rayonu ilə yanaşı Şuşa şəhəri, Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub. Hadrut qəsəbəsində yaradılmış xidmət sahəsi Cəbrayl, Füzuli, Zəngilan rayonlarına, Kəlbəcər Sukanal Sahəsi isə Laçın rayonuna da xidmət göstərir.
Dünən, 23:39
Gömrükdə BAĞIROVŞİNA... - Mehdiyevə niyə toxundular ki?..
Dünən, 22:50
Cavnşir Feyziyevin BAŞI CƏNCƏLDƏ... - İLGİNC FAKT
Dünən, 21:43
Xan ki Xan..: Ona aid yükləri KİMSƏ YOXLAYA BİLMƏZMİŞ... - BUNA DA SON QOYULDU...
Dünən, 21:18
"Providence Doytch Limited" adına ÖZBAŞINALIQ... - NARAZILIQ VAR!
Dünən, 20:46
Quru Qoşunlarının komandanlığı baş gizirlə müqavilə bağlamaqdan niyə imtina edib? - Prezidentə müraciət olundu
Dünən, 20:24
Şərurda millətin balasının QANINI BELƏ BATIRIBLAR... - ŞOK TƏFƏRRÜAT
Dünən, 19:49
"Bu qədər ehtiyac içində olduğum halda ünvanlı sosial yardım niyə verilmir" - GİLEY
Dünən, 19:19
Bulvar İdarəsinin tenderində qalib olan sahibkarla sədr müavinini nə birləşdirir? - İLGİNC FAKTLAR
Dünən, 18:50
Ağstafa rayon icra başçısı YAP-ın binasının ərazisini satdı - BU NƏDİ BELƏ?
Dünən, 18:20
“Eks-rəis Elçibəyin şəklini “bəyəndiyi” üçün Culfa sakinindən 10 min manat alıb” - Naxçıvan REALLIĞI...
Dünən, 17:47
Cavid Qurbanovun deputat qohumunun müxalifətçi oğlu ölkəni tərk etdi - Belə deyirlər...
Dünən, 16:27
İlham Əliyev Azərbaycan-Türkiyə hərbi təliminin iştirakçılarını təbrik edib - VİDEO
Dünən, 16:00
2023-cü il bu bürclər üçün uğursuz olacaq - SİYAHI
Dünən, 15:30
Bu məsələnin Volkova NƏ DƏXLİ? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:28
Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi
Dünən, 14:22
Sülhməramlılar "yox" deyə bilməz, Azərbaycan israrlıdır - NƏ BAŞ VERİR?
Dünən, 14:11
"Qardaş yumruğu" birgə təlimində tapşırıqları uğurla yerinə yetirən hərbçilər təltif olunub
Dünən, 13:26
Prezident Qurbanova “Şöhrət” ordenini təqdim etdi
Dünən, 13:14
Bakı metrosunda əməliyyat, saxlanılanlar var
Dünən, 13:00
Goranboy Rayon Suvarma sistemləri idarəsinin rəisi İlqar Məhərrəmov sahibkara qənim kəsilib VİDEO
Dünən, 12:40
"Bakı Beynəlxalq avtovağzalında camaatın cibinə girirlər" - ŞİKAYƏT
Dünən, 12:37
O "bəlanın önünə atılan qurban"dır, yoxsa ƏDALƏT ? - Qazaxda nə baş verir ? // VİDEO
Dünən, 12:27
GƏDƏBƏYIN ICRA BAŞÇISI BOŞALTDIĞI VƏZIFƏLƏRI HƏRRACA ÇIXARDIB
Dünən, 12:07
“Dərmanların tapılmaması və bahalılığı sıxıntılar yaradır, tədbir görülsün” – Rəşad Mahmudov
Dünən, 11:48
Prezident Dağıstan Respublikasının rəhbərini qəbul edib
Dünən, 11:25
Azərbaycanda şəxsin birdən çox partiyaya üzv olması qadağan edilir
Dünən, 11:21
Cef Bezos və İlon Mask Bakıya gələ bilər