“Ermənilər Qarabağı tərk edə bilmək üçün 10 min dollar rüşvət verirdilər” - deputatdan ilginc açıqlamalar
Sosial
Oxunub: 126
15 yan 2022 | 16:52
“Ermənilər Qarabağı tərk edə bilmək üçün 10 min dollar rüşvət verirdilər” - deputatdan ilginc açıqlamalar


Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə toxunub. Ölkə başçısı bildirib ki, sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün daha geniş prizmadan yanaşma lazımdır.

Onun sözlərinə görə, sülhməramlıların xidməti ilə bağlı qıcıq doğuran məqamlar az deyil: "Amma eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram".

Prezident qıcıq doğuran məsələ kimi Qarabağa qanunsuz səfərlərə göz yumulmasını misal gətirib: "Əlbəttə, bu, bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir".

Dövlət başçısı digər qıcıq doğuran məsələ ilə bağlı isə bunları deyib: "Biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz".

"Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıb və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır", - deyə Azərbaycan lideri söyləyib.

Ekspertlər bildirirlər ki, Prezident bu ifadələri ilə Rusiyaya mesaj vermiş oldu - rəsmi Bakının həm sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimizdə necə xidmət apardıqlarından xəbərdar olduğunu, həm də oranı tərk etmək istəyən ermənilərə sülhməramlıların hansı maneələr törətdiklərini bildiyimizi və bunun yolverilməz olmasını.

DİA.AZ xəbər verir ki, ermənilərin Qarabağdan getmək istəklərinə əngəl törədən sülhməramlıların məqsədinin nə olduğunu, Prezidentin Rusiyaya mesajlarını AYNA-ya müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas şərh edib. Deyib ki, Rusiya sülhməramlılarının nataraz xidmət aparmasının bir səbəbi var - mümkün qədər Qarabağda uzun illər qalmalarını təmin etmək:

- Aydındır ki, sülhməramlılar ermənilərin Qarabağdan gedişinə niyə əngəllər yaradırlar. Ermənilər oradan köçəndən sonra Rusiya əsgərlərinə ehtiyac qalmayacaq ki, bunu da ruslar bilirlər. Xankəndidə erməni yoxdursa, Azərbaycan Rusiyaya sual edəcək: burada siz kimi kimdən qoruyursunuz? Ona görə də, hər vəchlə köçün qarşısını almağa çalışırlar. İstəyirlər ki, ermənilər Qarabağda qalsınlar, bunlar da "sülhməramlı missiyalarını" davam etdirsinlər. İlkin olaraq sülhməramlıların Qarabağda qalma müddəti 5 il nəzərdə tutulub, bu müddətin də bir ildən çoxu arxada qalıb. Orada erməni qalsa da, qalmasa da, bizim ərazilərimizdir, bizim qanunlarımız bərqərar olacaq. Ermənilər ya bizim qanunlarımıza tabe olub yaşayacaqlar, adam balası kimi dövlətimizdən bəhrələnəcəklər, ya da çıxıb gedəcəklər. Qalmaq istəyirlər, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyirlərsə, qalıb yaşasınlar. Biz beynəlxalq hüquqa hörmət edən dövlətik. Başqa millətlərin nümayəndələri necə yaşayırlarsa, ermənilər də elə yaşayacaqlar. Azərbaycan vətəndaşlarına hansı hüquqlar verilibsə, o hüquqlardan Qarabağdakı ermənilər də istifadə edəcəklər.

- Sizcə, qəbul edəcəklərmi?

- Qəbul edirlər etsinlər, etmirlərsə də, özləri bilərlər. Biz erməni xalqı ilə müharibə aparmırıq ki, Ermənistanın şovinist siyasəti ilə, erməni separatçıları ilə, terrorçuları ilə müharibə edirik. Sadə, dinc ermənilərlə müharibə etmirik ki. O başqa məsələdir ki, dinc erməni varmı?! Biz xalqla müharibə etsəydik, onlar Gəncədə, Bərdədə, Ağdamda, Ağcabədidə dinc əhalini atəşə tutduğu kimi, biz də Xankəndidə, Əsgəranda, Xocalıda ermənilərin yaşadıqları əraziləri atəşə tutardıq. Lakin Ermənistandan fərqli olaraq, biz bunu etmədik. Çünki biz xalqla müharibə aparmırıq. Bizim dinc əhali ilə işimiz yoxdur.

Qaldı ki, ermənilər qalacaqlarmı, yoxsa köçəcəklərmi - məncə, əksəriyyəti gedəcək. Necə ki, indi getmək istəyirlər, amma rus sülhməramlıları maneələr yaradırlar. Bu gün Ermənistanda erməni qalmayıb, Qarabağda erməni qalmaq istəyər? Aclıq, səfalət içərisində yaşamaq istəmirlər - köçüb gedirlər. Mənim yaxşı yadımdadır SSRİ dövrü. Hələ o vaxtlar ermənilər Qarabağdan köçüb gedirdilər, orada qalmaq istəmirdilər. Mən o vaxtlar - Birinci Qarabağ müharibəsindən sonra xaricdə, əsasən də Rusiyada, Avropada Qarabağ erməniləri ilə rastlaşmışam. Maraqlı bir şey deyim: həmin ermənilər deyirdilər ki, Qarabağdan, Xankəndidən, Əskərandan ailəvi getmək üçün separatçılara on min dollar vermək lazımdır. Cavan oğlanların Qarabağı təkbaşına tərk etməsinin qiyməti isə 5 min dollar olub. Bunu mənə Xankəndi, Əskəran, Xocalı erməniləri dəfələrlə etiraf ediblər.

- Demək ki, ermənilər Qarabağdan köçmək üçün separatçılara hətta rüşvət verirmişlər...

- Bəli, bəli. Ermənistan hakimiyyəti və separatçı rejim erməni ailəsinin çıxmasının qarşısını almaq üçün bu metoddan istifadə edib. Həm bu vasitə ilə varlı erməniləridən qazanc götürürdülər, həm də öz maraqları üçün kasıb erməniləri Qarabağda qalmağa məcbur edirdilər, onların çıxışına maneə yaradırdılar. Necə ki, həmin maneəni indi Rusiya sülhməramlıları yaradırlar...

- Sizcə, Prezident İlham Əliyevin mesajını Rusiya aldımı?

- Azərbaycan Prezidenti ilk dəfə deyil ki, Rusiyaya bu məsələlərlə bağlı mesaj verir, xəbərdarlıq edir. Dəfələrlə ölkə başçımız iradlarını Rusiyanın aidiyyəti şəxslərinə bildirib, narazılığını çatdırıb. Budəfəki müsahibəsində vəziyyət haqqında məlumat verərkən bir daha məsələyə toxundu. Elə son müsahibəsində bildirdi ki, həm özü, həm də nazirliklər etirazlarını Kremlə, Moskvaya, sülhməramlıların komandanlığına çatdırır. Məncə, sülhməramlılar bundan nəticə çıxarmalıdırlar.

- Sülhməramlılar Qarabağdan ermənilərin köçünə nə qədər müddətə maneə yarada bilərlər? Çünki görünür, ermənilər, xüsusilə də, gənclər orada perspektiv görmürlər, başqa yerə köçmək istəyirlər...

- Zamanla sülhməramlılar da anlayacaqlar ki, mənasız işlə məşğuldurlar. Gedən gedəcək, qalanlar da vətəndaşlığımızı qəbul edəcəklər, yaşayacaqlar. Hər şey birdən olmur, zaman lazımdır. Torpaqlarımızın azad olunmasını 30 il gözlədik, bu gün Şuşadayıq. Demirəm, 30 il də gözləyəcəyik... Amma müharibə yeni bitib, daha doğrusu, tam bitməyib, diplomatik savaşdayıq. Diplomatik qələbə üçün də müəyyən zaman lazımdır.

- Qarabağda, əsasən də Xankəndidə ermənilər evlərini kütləvi şəkildə satışa çıxarıblar. Görünür, satıb getmək istəyirlər. Bizim bəzi ictimai şəxslər bildirirlər ki, ermənilərin satdıqları mənzilləri biz alaq. Bunu etmək mümkündürmü?

- Niyə onlara əlavə pul verməliyik ki? Yaxud da niyə indidən almalıyıq, onlara pul verməliyik? Nə vaxt Xankəndiyə qayıdacağıq, o zaman satan olar, kim də istəyər alar. Ermənilər indi satırlar, biz niyə gedib alaq ki? Qalırlar qalsınlar, qalmırlar da özləri bilərlər. Yox, mən 30-40 min manat da verib deyəcəm ki, evini mənə sat? Elə şey yoxdur. Düzdür, təklif verənlər yəqin ki, ermənilərdən canımızı birdəfəlik qurtarmaq üçün deyirlər. Amma bizim onlardan canımızı Allah, bir də cənab Prezident qurtaracaq...

- Ermənistan sərhədin Kəlbəcər istiqamətində yenə təxribat törətdilər, bir hərbçimiz şəhid oldu. Bu təxribatın arxasında nə dayanır?

- Cəfər Cabbarlının "1905-ci ildə" əsərində böyük bir sözü var - "Atan kazaklardır". Yəni ki, erməni təxribatının arxasında Rusiya dayanır. Daha doğrusu, Rusiyanı prosesə cəlb etmək, qarşıdurma yaratmaq istəyirlər. Belə təxribatlarla arzulayırlar ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olsun, bunlar da hay-həşir salsınlar, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını çağırsınlar. Bu, alınmayacaq. Çünki Azərbaycan beynəlxalq qanunlara hörmət edən dövlətdir. Düzdür, o ərazilər bizim tarixi torpaqlarımızdır, amma Ermənistanın beynəlxalq hüquqda tanınmış ərazilərinə Azərbaycanın daxil olmaq fikri yoxdur. Biz Ermənistandan fərqli olaraq, işğalçı deyilik.
Dünən, 23:39
1.6 manatlıq şirkətlə yarım milyonluq müqavilə – Cənub rayonları üçün “tender canavarı”
Dünən, 22:50
Arzu Rəhimov nə qədər `maskalanmalıdır` ki Kürdəmirdəki AYIB ÖRTÜLSÜN... - İTTİHAM VAR!
Dünən, 22:22
Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - SİYAHI
Dünən, 21:43
Əbülfəz Məlikov: "qara inhisarın" başında duran şəxsin həbsi daha kimlərin karyerasına son qoyacaq? - Əbülfəz Məlikov gömrük təşkilatının "qara qutusudur"
Dünən, 21:18
Deputatın bir aylıq MMC-si Klinik Xəstəxanadan 154 min uddu - İLGİNC FAKTLAR
Dünən, 20:46
30 ilin müharibə əlili pensiyaçılarının, Prezident təqaüdçülərinin adı e-sistemdə yoxdur? !
Dünən, 20:24
Kəmaləddin Heydərovun qorxusu, brokerin həbsi, Mədət Quliyevin narahatlığı...
Dünən, 19:49
Bərdənin icra başçısı DÖVLƏTƏ MEYDAN OXUYUR... - FOTOFAKT
Dünən, 19:19
Azərbaycanda ucuz taksi dövrü bitir? - Ekspert danışır
Dünən, 18:50
Hörmətli deputatın da qardaşı TENDERXANA işbazı imiş... - BU DA FAKT!!!
Dünən, 18:20
Mişel Əliyevlə Paşinyanı 4-cü dəfə görüşdürəcək - Rusiya “ofsayta” düşdü, yoxsa...
Dünən, 17:53
Alı Alıyev NƏ ZAMAN HƏBS OLUNACAQ? - Camaat NARAZILIQ EDİR...
Dünən, 17:43
Ermənilərdən boşalan Laçın... - QİSAS-ın ardından...
Dünən, 17:25
Azərbaycan iki ölkənin hədəfində - NƏ BAŞ VERİR?
Dünən, 16:00
“Whatsapp”da daha bir yenilik: Nömrəni gizlətmək mümkün olacaq
Dünən, 15:30
Çində yeni təhlükəli virus yayıldı - "LANYE"
Dünən, 15:00
Bu gün “Qarabağ” Macarıstanda cavab oyununa çıxacaq
Dünən, 14:56
“Nar” Azərbaycanda ilk üztanıma texnologiyalı eSIM xidmətini təqdim etdi
Dünən, 13:36
"Görünən dağa nə bələdçi?!" - FOTO
Dünən, 13:31
Nazir kapitanı rəis təyin etdi
Dünən, 13:20
Balababanın Səxavəti BALA-BALA DAĞIDIR... - İTTİHAM VAR!
Dünən, 13:19
Yevlax "MERO" əməkdaşı vətəndaşdan pulu necə aldı? – ŞOK MÜRACİƏT
Dünən, 12:56
İlham Əliyev və xanımı Konyada azərbaycanlı idmançılarla görüşüb
Dünən, 12:48
Prezident Türkiyəyə işgüzar səfərə gedib
Dünən, 12:33
Məmurun qızı ilə qayınanasını öldürüb 3 milyon pul oğurlayıblar - Dəhşətli qətlin üstü açılır
Dünən, 12:29
Hulusi Akar: "Cənubi Qafqazdakı durum Ermənistan üçün fürsətdir"
Dünən, 12:03
FTB Trampın evində 9 saatlıq axtarış aparıb