Tikinti sektorunda “Qaranit Beton” MMC istehsal etdiyi məhsulları niyə maya dəyərindən aşağı qiymətə satır?- Bu hal vergidən yayınmadan mümkün deyildir
Sosial
Oxunub: 193
6 avq 2022 | 18:53
Tikinti sektorunda “Qaranit Beton” MMC istehsal etdiyi məhsulları niyə maya dəyərindən aşağı qiymətə satır?- Bu hal vergidən yayınmadan mümkün deyildir


Tikinti sektorunda “Qaranit Beton” MMC istehsal etdiyi məhsulları niyə maya dəyərindən aşağı qiymətə satır?- Bu hal vergidən yayınmadan mümkün deyildir.

Turkdunyasi.az xəbər verir ki, Bu haqda Göygöl rayon Üçtəpə kənd sakin Novruzov Novruz Cəmil oğlu tərəfindən Prezident İlham Əliyevə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi yanında S.Ə.Dadaşov adına Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə, Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şöbəsinin rəisinə və 12 saylı ƏVD-nin rəisi cənab Şahin Eyyubova şikayət məktubu ünvanlayıb. Şikayətçi məktbunun bir surətini də redaksiyamıza göndərib.Həmin məktubundan bəzi məqamlarını olduğu kimi təqdim edirik:Yazıb məlum edirəm ki, Gəncə şəhəri və Gəncə şəhər ətraf rayonlarda beton istehsal edib satan müəssisələrin bəziləri Azərbaycan Respublikasının müvafiq qanunlarını pozaraq dövləti və vətəndaşları aldadır.Mən fikirləşirəm ki, aldatma aşağıda göstərdiyim kimi baş verir:Əvvəla sement Azərbaycan dövlətində üç zavodda istehsal olunur.Qiymətləri Gəncə şəhərinə çatdırılma ilə bir yerdə Qazax Sement zavod 1 ton 42.5 marka sementi 160 manat (ədv ilə birlikdə), Holcim Zavod 1 tonu 42.5 marka seemnt 168 manat ədv ilə birlikdə, Norm Sement zavod 1 ton sement 42.5 marka, 161 manat ədv ilə birlikdə.Bu sement qiymətlərdən əlavə olaraq, beton istehsal etmək üçün beton məhluluna qum, otsep, qırmadaş, qatqı, su, daşınma xərci, pompa xərci, zavodun rentabelliyi, işçilərin əmək haqqı, sosial ayırmalar, elektrik enerjisi və sair xərcləri hesablayanda 1 m3 300 marka beton məhlulun maya dəyəri 86-88 manatdan baha başa gəlir. Ancaq Qranit beton, və bəzi baton sexləri 1 m3 300 marka beton məhlulunu 75,76,77 manat civarında satırlar. Onda sual yaranır, niyə maya dəyərindən ucuz satırlar? Maya dəyərindən ucuz beton satmağın səbəbi bir neçə hal ola bilər.
Birinci sementin ucuz alınması. Bu hal özü-özlüyündə qeyri mümkündür.
İkinci hal – sement zavodlarından qeydiyyatsız sement almaq. Bu hal mümkündür.
Üçüncü hal – keyfiyyətsiz yəni sementini az qatmaqla beton isthsal etmək. Bu hal da mümkündür.
Dördüncü hal – betonun miqdarının əksik vermək. Bu hal mümkündür. Yuxarıda göstərdiyim qanunsuzluqlardan istifadə edən, bəzi beton sexlərinin sahibləri, keyfiyyətsiz beton istehsal etməklə, vətəndaşlarımızın həyatını təhlükə altında qoyur. Qeydiyyatsız sement gətirməklə vergi ödəməkdən yayınır, dövlətimizin qüdrətinə balta vurur.Bir nəfərin qanunsuz, keyfiyyətsiz beton istehsal edib satanın təsiri, onlarla başqa zavodlarda işsizlik yaradır, dövlət büdcəsinə sosial ayırmalar ləğv olunur.Adıçəkilən “Qranit Beton” MMC Gəncədə sosial evlərin tikintisini aparan şirkətlərin beton təminatını həyata keçirməklə yanaşı, tikintini otsep, qum, sement, müxtəlif ölçülü çınqıllar və qatqı kimi komponentlərlə də təmin edirdi. Amma, məsələnin başqa maraqlı bir tərəfi var. “Qranit Beton” MMC yuxarıda sadalanan komponentləri istehsal edə bilmədiyi halda, bu təminatı necə həyata keçirib? Bunu müəyyən etməyin yolu isə “Qranit Beton” MMC bu materialları hansı təşkilatdan alınması barədə rəsmi sənədləri hüquqi şəkildə araşdırmaqdır. Əks halda bunu müəyyən etmək çətin olacaq.Çünki “Qranit Beton” MMC sosial evləri tikən iş icraçısı şirkətlərə betondan əlavə satdığı məmulat və materialları şəxsi istifadəsi qismində alır və onlara necə deyərlər çöldən-çölə satır.

Bununla da “Qranit Beton” MMC və digər istehsalçı şirkətlər bu məhsulların alqı-satqısını rəsmiləşdirmir və dövlət büdcəsinə ödəniləcək milyonlarla vəsaiti gizləyir. Konkret desək, öz ciblərinə qoyur. Əgər “Qranit-Beton” MMC-nin mal-materiallar üzrə qaiməsinə, idxal və ixrac sənədlərinə vergi və audit yoxlaması tətbiq edilərsə, müəssisədə çox ciddi qanun pozuntuları üzə çıxacaqdır.Hətta, ekspertiza təyin edilməklə enrji və digər kommunal sərfiyyatlar üzərə hesabat aparılarsa, iddia edilən vergi ödəməkdən yayınma halları öz təsdiqini tapar. Bir sözlə,Gəncədə tikilən sosial evlərin tikintisində istifadə olunan sement, mişar daşı, kərpic, qum, və sair materialların hansı təşkilatdan alınması yoxlanılarsa yenə də külli miqdarda vəsaitin vergidən yayınma halı çılpaqlığı ilə müəyyən olunacaqdır. Şübhəsiz ki, bu cür hallar büdcənin gəlir hissəsindən əhəmiyyətli dərəcədə itkilərin müşahidə olunması ilə nəticələnir. Bununla əlaqədar hüquq-mühafizə orqanlarının qarşısında vergidən yayınanlarla mübarizə kimi mühüm bir vəzifə durur. Çünki statistika göstərir ki,vergi cinayətləri azlmaq əvəzinə artmaqdadır. Daha doğrusu, Dövlət Vergi Xidməti İqtisadiyyat nazirliyinin tabeliyinə veriləndən sonra (Hətta,Mikayıl Cabbarov Vergilər naziri olan vaxdan) “kıraşası” olan “yatağan” müəssisə və şirkətlərin uzun illədir ki,külli miqdarda vergidən yayınmaları üzə çıxarıldı.Və proses davam edir… Başqa bir diqqətçəkən məqam isə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncədə tikilən sosial evlərin inşaasına heç bir yerli tikinti şirkətinin iştirakını təmin etməməsidir. Baxmayaraq ki, tenderə həm Gəncədən, həm yaxın bölgədən onlara şirkət qatılıb. Deməli, görünən odur ki, dövlətin müyyən sturukturlarında yüksək vəzifə tutan “yekə dayı”ların çətiri altında olan Bakı şirkətləri milyonlar qazanmalı,ancaq yerli şirkətlər pandemiyanın ağır dönəmlərində iqtisadi baxımdan tam çökməli idi… Bütün bunları təhlil edən zaman ortaya bir sıra suallar çıxır. Görəsən,Mənzil İnşaatı Dövlət Agentliyini “Qaranit Beton” MMC ilə hansı maraqlar bağlayır ki, sosial evlərin tikintisinə sərf edilən sement və betonu həm ondan alınır, həm də sözügedən MMC-nin texniki vastələri ilə daşınır? Bu hal ölkənin ikinci ən böyük şəhəri olan Gəncə sahibkarlarına qarşı ayrı seçkilik və inhisarçılıq deyilmi?İqtisadiyyat naziri Mikayıl Cabbarovun vergi cinayətləri ilə bağlı barışmaz mövqeyini nəzərə alaraq, ümid edirik ki,külli miqdarda vəsaitin vergidən yayındırılmasını müəyyən etmək üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən “Qranit Beton” MMC-nin fəaliyyəti yoxlanılacaq. Qeyd edək ki, Göygöl “Qranit Beton” MMC İcarsı bitən Şəmkir rayonu ərazisində yerləşən Yenikənd “su” anbarının yenidən qurulmasınada 35 min kub metr beton məhlulu verib.Yazaraq Sizdən xahiş edirəm müvafiq təşkilatlara göstəriş verəsiniz, özlərinin haqsız rəqabəti nəticəsində cinayət yolu ilə varlanaraq, dövıət və dövlətçiliyimizə bilərəkdən, bilməyərəkdən ziyan vuran adamlar haqqında qanuna müvafiq ölçü götürsünlər.

Yazıda adı keçənlərin, eyni zamanda “Qranit Beton” MMC-nin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 23:39
"Azərlotoreya" YENİ OLİQARXI YETİŞDİRİR... - Onun da adı Cahangirdir...
Dünən, 22:50
Heydərovun kadrları Qəbələdə GÜL VURUR - KORRUPSİYA İTTİHAMI...
Dünən, 22:22
Elçin Quliyevin kantorunun NAĞIL KİMİ TENDERİ... - Qalib şirkət elandan sonra yaranıb
Dünən, 21:48
Ağalar Vəliyevin şirkəti vətəndaşları ömürlük tora salır - "Kristal Abşeron"-da fantastik qiymətlər...
Dünən, 21:18
Zeynal Tarquliyev HƏBSİN ASTANASINDA... - Səfər Mehdiyevin yaxınları HƏDƏFDƏ
Dünən, 20:43
Səhiyyə naziri üçün VACİB SUAL... - Dİ, CAVAB VER...
Dünən, 20:24
İcra başçısı aldığı rüşvəti qaytarmadığına görə MƏHKƏMƏYƏ VERİLİR - TƏFƏRRÜAT
Dünən, 19:49
Bir vandalizmin pərdəarxası - və ya mahnıdan sözləri çıxara bilməzsən
Dünən, 19:19
“Müstəntiq məndən 25 min manat istədi” - Klinika rəhbərindən İLGİNC İDDİA
Dünən, 19:19
Vaqif Abdullayevin DÖVLƏTDƏN OĞURLADIQLARI... - DÖVLƏTƏ QAYIDACAQMI?
Dünən, 19:00
"Sahil-S İnşaat" MTK-nın qurbanları YENƏ ÇÖLLƏRDƏ QALIB... - Bakıda AKSİYA
Dünən, 18:50
Naxçıvan polisi qətl hadisəsinin üstünü açdığı üçün cəzalandırılır – “Dərəbəylik” qanunlarına əsasən
Dünən, 18:20
Mərdan Camalovla bağlı ŞOK İDDİALAR... - SƏN DEMƏ...
Dünən, 17:47
Həbs edilən `Broker Əbülfəs"in həyat yoldaşı ERMƏNİDİRMİ? - İddia var, inkar yoxdur...
Dünən, 17:23
Putin Əliyevin "Qisas"ını niyə sakit qarşıladı? - Antiterrorun detalları...
Dünən, 16:44
Pozduran Dadaş, “Demirören Holding”, "Scientific Games" və milyonlar... - ARAŞDIRMA
Dünən, 16:17
Xaricdəki səfirliklərimizin SAYT YEYİNTİSİ... - FOTOFAKT
Dünən, 16:00
Qurban Qurbanov: "Səfərə çox böyük inamla gedirik"
Dünən, 15:30
Azərbaycanda telefonla dəmir yolu bileti almaq olacaq
Dünən, 15:00
Prezident sərəncam imzaladı
Dünən, 14:46
Taleh Qaraşov yeni bazar açdı - Köməkçisinin atası idarə edir
Dünən, 14:44
AMEA-da saxta “elmlər doktoru”na kim vəzifə həvalə edib?
Dünən, 14:42
Qubadlıda minaya düşən şirkət əməkdaşı ayağını itirdi: Şirkətin saxta işləri İFŞA OLUNDU -VİDEO
Dünən, 14:22
Azərbaycanda dini konfessiyaların nümayəndələri qan verib
Dünən, 12:29
Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq edib
Dünən, 12:24
Allahşükür Paşazadə: "Səfirliyimizə qarşı vandalizm hərəkətləri xalqa qarşı hörmətsizlikdir"
Dünən, 12:12
Sabunçuda əməliyyat: 61 nəfər saxlanıldı - FOTO/VİDEO