Ağalar Vəliyevin şirkəti vətəndaşları ömürlük tora salır - "Kristal Abşeron"-da fantastik qiymətlər...
Sosial
Oxunub: 93
8 avq 2022 | 21:48
Ağalar Vəliyevin şirkəti vətəndaşları ömürlük tora salır - "Kristal Abşeron"-da fantastik qiymətlər...


Azərbaycanda yaşayış binalarının tikintisi ilə məşğul olan şirkətlərin əksəriyyətindən vətəndaşlar narazılıq edir. Vətəndaşların naazılıqları əsasən tikintilərin keyfiyyətsiz aparılması, qiymətlərin həddindən artıq baha olması və işlərin vaxtında təhvil verilməməsidir.

Bu cür fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyətinin arxasında isə yüksək vəzifəli şəxslər, deputatlar dayanır.

Qlobal.az xəbər verir ki, qiymətləri od tutub yanan şirkətlərdən biri də "Kristal Abşeron"dur. Layihələrinə cəlbedici adlar qoyaraq insanları ömürlük tora salan "Kristal Abşeron"-un satdığı mənzillər ölkənin əmlak bazarında olan real qiymətlərdən dəfələrlə bahadır. Şirkətin şəhər mərkəzindən kənarlarda vətəndaşlara təklif etdiyi 70 kvadratlıq mənzillərin ümumi qiyməti təxminən 250.000 manat civarındadır.

Məsələn, şirkət feysbuk səhifəsində reklama çıxardığı elanda "Əcəmi 3 layihəsi"ndə 3 otaqlı 75.2 kv.m mənzili ilkin ödəniş 27824 AZN, 20 illik aylıq ödənişi 1074 AZN-ə təklif edir. Bu isə ümumilikdə 285 min manatdan artıq edir. Şirkətin təklif etdiyi bu qiymətlərə isə vətəndaşlar haqlı olaraq etiraz edirlər. Gülər Nəsibli adlı vətəndaş "Kristal Abşeron"-un qiymət təklifinə cavab olaraq yazır: "70 kv.m lik mənzilin 1 kv.m qiyməti təqribən 4000 manata başa gəlir, özü də Əcəmidə. Şəhərin mərkəzində Dəniz panaramalı mənzilin qiymətindən də baha. Bu qədər fantastik rəqəmlərin səbəbini necə izah edə bilərsiniz?".

Kamal Abdullayev adlı vətəndaş isə 70 kvadratmetrlik mənzilin 270 min manata gəlib çıxdığına ironik olaraq qiymətlərin "çox münasib" olduğunu, amma bu qədər pulu dəməyin bir ömürə yetmədiyi yazır.

"Kristal Abşeron”un Sumqayıt "Sahil Park 3” layihəsi də digər layihələri kimi fantastik qiymətlərdən ibarətdir.

Sumqayıt Sahil Park 3 layihəsində 3 otaqlı 115.6 kv.m mənzilin qiyməti ilkin ödəniş olaraq 30634 AZN, 20 illik aylıq ödənişi 1182 AZN təşkil edir. Paytaxtdan kənarda yerləşən 115 kvadratmetrlik mənzilin ümumi qiyməti isə dəhşət doğrurur - 314.314 manat!

Daha acınacaqlı məqam isə budur ki, vətəndaşlara od qiymətinə təklif olunan mənzillərin 2022-ci ilin 4-cü rübündə təhvil veriləcəyi deyilir.

Ramil Masiyev adlı vətəndaş bu qiymətə Sumqayıtın mərkəzində 4 mənzil almağın mümkün olduğunu yazır.

Maraqlıdır ki, insanları açıq-aşkar qarət edən "Kristal Abşeron"-nun qiymət siyasətinə heç bir dövlət qurumu müdaxilə etmir.

Qeyd edək ki, yerli mediada yazılanlara görə "Kristal Abşeron" şirkəti Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur.

Ağalar Vəliyev eyni zamanda "Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.

A.Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat seçilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

Qlobal.az
Bu gün, 09:15
Pandemiyanın sonu görünür: Risk qrupuna daxil olan şəxslər ehtiyatlı olmalıdırlar
Bu gün, 09:00
Suqovuşanın erməni işğalından azad edilməsindən iki il ötür
1-10-2022, 23:33
KTN-nin BOZ KARDİNAL: Anar Hüseynov... - SƏN DEMƏ...
1-10-2022, 22:50
Zaur Mikayılov Şəmkirdə görülən işi NİYƏ TƏHVİL ALMIR? - Sakinlər ÇARƏSİZ DURUMDA
1-10-2022, 21:30
"GəncəBank"ın sabiq rəhbəri İTTİHAM OLUNUR... - TƏFƏRRÜAT
1-10-2022, 20:43
Səfər Mehdiyevin məşhur `RAMAL TRANS`ı yenə də İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR
1-10-2022, 19:19
"Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?
1-10-2022, 18:41
Təhməzovun kadrlarının Tovuzdakı İŞ METODU - NARAZILIQ VAR!
1-10-2022, 17:17
Fərxan İsmayılov kimdir?
1-10-2022, 16:00
“Rahat” MTK sakinləri ÇƏTİN DURUMA SALIB... - TOTAL NARAZILIQ
1-10-2022, 15:16
Gəncə Şəhər 2 saylı İstintaq Təcridxanası XƏSTƏLİK MƏNBƏYİDİR - VİDEOFAKT
1-10-2022, 14:44
Əmrullayevin TENDERYEYƏNLƏRİ... - İcazə verin, şübhələnək...
1-10-2022, 13:30
Bu sahə Azərbaycanda BOŞ BURAXILIB... - "Neçə gündür sifarişim gəlib..."
1-10-2022, 12:11
Kriptovalyuta: Azərbaycanda qanuniləşdirilə bilər? - AKTUAL
1-10-2022, 11:39
Ankaradan Moskvaya sərt mesaj: Rədd edirik!
1-10-2022, 11:34
Bakı və İrəvana verilən vəd: sülh müqaviləsi imzalansa... - İNCƏLƏMƏ...
1-10-2022, 11:34
Prezident Sofiyada Yunanıstanın Baş naziri ilə görüşdü - FOTO
1-10-2022, 10:58
Cənubi Qafqaza HİND MÜDAXİLƏSİ... - NƏ ETMƏLİ?
1-10-2022, 10:16
Baş prokuror: "Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir"
1-10-2022, 10:11
Ağ Ev: "Kreml hərbi yolla bacarmadığına siyasi yolla nail olmaq istəyir"
1-10-2022, 10:07
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
1-10-2022, 01:51
Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO
30-09-2022, 23:31
"Günəşli İnşaat"da GÜNƏŞ NİYƏ DOĞMUR... - GİLEY
30-09-2022, 22:50
Vüqar Zeynalovun tikdirdiyi binada nələr baş verir? - GİLEY
30-09-2022, 22:22
FAKT ORTADADIR: Amma Vüsal Kərimli də azadlıqdadır... - Hüquq-mühafizə orqanları NƏYİ GÖZLƏYİR?
30-09-2022, 21:46
BU NƏDİ BELƏ: Naxçıvanda daha bir qanun pozuntusu – Vüqar Abbasov deputat mandatından məhrum edilməlidir
30-09-2022, 21:18
Məktəb direktorunun başına oyun açdılar... - Nə zəmanədə yaşayırıq bə...