Məktəb direktoru, yoxsa, hamburger alverçisi?
Sosial
Oxunub: 321
25 noy 2022 | 13:59
Məktəb direktoru, yoxsa, hamburger alverçisi?



Bakı şəhəri, Sabunçu rayonu 255 nömrəli tam orta məktəbin 130 yaşı var. Binası 1892-ci ildə tikilib, 2004-cü ildə yardəmçı korpuslar əlavə olunmuş, nəhayət, 2011-ci ildə köhnə bina tamamilə sökülərək yerində, 3 mərtəbəli, 42 sinifdən ibarət yeni bina tikilmişdir. Hal-hazırda 2 növbəli rejimdə 5 gün işləyən məktəbdə 1500-ə yaxın şagird təhsil alır.
Məktəb direktor Məmmədova Mətanət Məmmədsadıq qızının “səmərəli” fəaliyyəti barədə aralıdan çox söz-söhbət gəzsə də, bu təhsil müəssisəsi ilə yaxından tanış olanda vəziyyətin tam başqa olduğu aydınlaşır. Yaxınlaşanda ilk öncə məktəbin ağzında kiçik ərzaq mağazası diqqəti çəkir. Təbii ki, əsas müştəriləri elə məktəbin şagirdləridir. Amma burada çörəyin arasında sosis və kolbasa dilimləri də satılır ki, bu da obyektin profilinə və işçisinin (satıcının) peşəsinə uyğun olmadığına görə yolverilməzdir. Belə ki, bu halda qidanın təhlükəsizliyinə zəmanət yoxdur. Bu barədə satıcıya sual verdiyimizdə, bildirdi ki, obyekt məktəbin direktorunundur, o, icazə verib.
Məktəbdə bütün başqa məktəblərdə olan neqativ halların – “fond pulu”, “süpürgə pulu”, “vinetka pulu”, “Müəllim Günü”, “Yeni İl və Novruz bayramları ilə əlaqədar pul toplamaq, “şəhadətnamə üçün şirinlik”, “attestat üçün şirinlik” və s. kimi “ənənələr”, hətta bir az da artığı mövcuddur. Bəzi valideynlər şikayət edirlər ki, məktəbdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pul yığılır. Məlumata görə, məktəbdə keçirilən kiçik summativ qiymətləndirmə, böyük summativ qiymətləndirmə, formativ qiymətləndirmə və. s. üçün testlərin çıxarılmasına lazım olan bütün xərcləri valideynlərin boynuna qoyurlar. O qədər də qənaətbəxş səviyyədə oxumayan şagirdin valideyni övladının məktəbdə təhsilini davam etdirməsi və 10-cu sinfə keçməsi üçün kafi qiymətlərlə lazımi qədər bal topladığı əks olunan sənədin verilməsi üçün, rüblük qiymətlərin şışırdilməsi ücün sinif rəhbərlərinə "şirinlik” verməlidir.
Məktəblərdə hər hansı bir məqsədlə şagirdlərdən pul yığılmamalıdır. Təhsil eksperti Kamran Əsədovun da sözlərinə görə, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericilik aktlarına ziddir və bu, yolverilməzdir: "Təəssüf ki, buna baxmayaraq, hələ də bir çox məktəblərdə təhsil alan şagirdlərdən dövlət büdcəsinin vəsaiti hesabına təmin olunmuş məsələlərə görə şagirdlərdən pul yığılır”. Ekspert qeyd edib ki, hər il dövlət büdcəsinin vəsaiti hesabına yüzlərlə məktəb binası tikilib istifadəyə verilir, təmir olunur: "Təhsil ocaqları lazımi səviyyədə bütün avadanlıqlarla təmin olunur. Heç bir əlavə ləvazimatlara ehtiyac olmadığı halda məktəblərdə bu edilir. Bundan başqa, KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ (böyük summativ qiymətləndirmə) sınaq imtahanları üçün şagirdlərdən pul yığılır ki, bu da yolverilməzdir. Çünki dövlət tərəfindən bütün məktəblər lazımi sayda printer və kağızla təmin olunur.
"Azerinfo.media"
Dünən, 23:36
Leriklilərin tanımadığı “nüfuzlu sülalə…” – İmanovların təbliğatını kim aparır?
Dünən, 22:22
Naxçıvan Mədəniyyət Nazirliyi Bakıdan gələn müfəttişləri aldadıb... - ““Həmin hamam, həmin tas”dır”
Dünən, 21:48
İllərdir Naxçıvan gömrüyündə ƏRKÖYÜNLÜK EDƏNLƏR... - Onların da SONU ÇATIB
Dünən, 20:21
Şahin Bağırov da bacarmadı, əla fürsət düşüb... - DGK LƏĞV OLUNUR?
Dünən, 19:49
"Mənim şikayətim ona görədir ki, bu məsələyə həmişəlik son qoyulsun" - GİLEY
Dünən, 17:17
Bakıda 22 il əvvəl baş verən dəhşətli hadisə - Gəlin oynadığı yerdə... - VİDEO
Dünən, 16:00
Kadırovun Putinlə selfisi
Dünən, 14:22
Rəqsanə qızına görə keçmiş ərini məhkəməyə verdi - DNT testi olacaq (VİDEO)
Dünən, 13:44
DÇ-2022: Fransa Danimarka ilə, Argentina Meksika ilə qarşılaşacaq
Dünən, 13:00
Tokayev and içdi
Dünən, 12:30
Səudiyyəli futbolçulara Argentina üzərində qələbəyə görə “Rolls Royce” hədiyyə edilib
Dünən, 11:30
Zakir Həsənov Hulusi Akara başsağlığı verib
Dünən, 11:07
Şəhərdə “Kalaşnikov”la gəzən keçmiş məhkum tutulub - FOTO
Dünən, 11:00
Əxlaqsız yuvası
Dünən, 10:50
6 günün bəhrəsi
Dünən, 10:39
Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır - Peskov
Dünən, 10:00
İlham Əliyev: “Türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var”
Dünən, 09:16
Rusiyalı politoloq: “Ermənistan ikinci Ukrayna ola bilər”
Dünən, 09:00
“Türkiyə, Azərbaycan və Pakistan əməkdaşlıqlarını genişləndirirlər”
25-11-2022, 23:48
"Nar" abunəçiləri onlayn müştəri xidmətlərini seçir
25-11-2022, 23:39
MÜŞTƏRİ “KONTAKT HOME”UN QARA CÜMƏ FIRILDAĞINI FAŞ ETDİ – FOTO
25-11-2022, 22:50
Kapital Bankın adından DƏLƏDUZLUQ - “Umico Bank” vətəndaşların pullarını belə MƏNİMSƏYİR
25-11-2022, 22:22
Agentlik hansı deputatın şirkətinə 3 milyon manat ayırıb?
25-11-2022, 21:43
Naxçıvanın həftəbecər generalı Daşqın Rəhimov kimdir:
25-11-2022, 21:18
"Naxçıvan Nigah evlərinin qabağına nəzir qutusu qoyulsun və üzərində "nazir Daşqın Rəhimov üçün şirinlik kassası qoyulsun- minimum məbləğ 20 manat" yazılsın"
25-11-2022, 20:44
Dövlət Məşğulluq Agentliyi KİMƏ İŞLƏYİR? - .. Hər halda, VƏTƏNDAŞA YOX
25-11-2022, 20:24
Yeni sədr Dəmir Yolarını TARAYIR... - TOTAL ixtisara gedilir?