“Kristal Abşeron” şirkətinin binaları keyfiyyətsizdir" - Dünən binaları aralanır... bu gün ucuz kabelləri yanır...
"Zamanında demək olar ki, bütün tikintilər qaydalardan kənar tikilib, hətta bir çox qanunsuz məsələlərə göz yumulub. Nəticədə xeyli problemlər yaradılıb və şəhər bərbad günə salınıb. Məhz bu səbəbdən də insanların rahatlığı yoxdur".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat “Kristal Abşeron” şirkətinin binalarının keyfiyyətsiz olduğunu vurğulayıb:
"Bəzi binalar insanların rahatlığı üçün lazım olan keyfiyyətlərə malik deyil. Təbii ki, iş adamı daha çox qazanmaq istəyir, buna görə onu günahlandırmaq olmaz. Çünki iş adamının pulunu alıblar və göz yumublar ki, get, nə edirsən et, təki mənim pulumu ver. Ona görə də, bəzi binalar çox gözəl şəkildə rəngli görünsə də, çox gözəl infrastrukturla əhatə olunsa da, əslində keyfiyyətsizdir. Yəni, şəkillərdə yaşıllıqların içərisində piyada keçidləri, velosiped dayanacaqları və zolaqları, xoşbəxt gülən qadınlar, uşaqlar, nənələr, babalarla əhatə olunub. Amma həmin binaya gedirsən və görürsən ki, bina bərbad gündədir. O şəkildəkindən əsər-əlamət yoxdur. Binanın "podyez"ləri təmirsiz, liftlər pis gündə, yaşıllıq sahələri isə məhv edilib. Əlavə olaraq da, digər rahatlıqlar da yoxdur.
2017-ci ildə cənab Prezidentin bununla bağlı fərmana çıxdı. O vaxtdan bu günə bu sahədə xeyli rahatlıqlar yaradılıb, xeyli qaydalar sərtləşdirilib. Amma bu sərtləşdirilən qaydalar da birtərəfli qaydada sərtləşdirilib ki, bu da bir çox tikinti ilə məşğul olan insanların qarşısını alıb. Hərçənd ki, bu, belə olmalı deyildi.
Bu gün bir çox iş adamları milyonları verib, amma həmin yerdə tikinti tikə bilmir. Əgər elə haqq haqqdırsa, həmin rüşvət verdikləri onu geri qaytarsın və yaxud onun müqabilində başqa yer verilsin. Yəni qaydalar, qanunlar birtərəfli ola bilməz! Qaydalar, qanunlar ancaq ayrı-ayrı şəxslərə ayrı-ayrı və fərqli şəkildə tətbiq edilə bilməz. Əgər qanundan, hüquqdan danışırsa, qanunla hüququ pozulanın da hüququ bərpa edilməlidir. Amma bunlar edilmir. Düzdür, indi tikinti qaydaları daha sərtdir, ona daha ciddi nəzarət var və bu alqışlanır. Amma bütün bunlarla bərabər, həm də bütün bu qaydalar və sairələr birtərəfli qaydada tətbiq olunduğundan bəzilərinə işıq yandırılır, bəzilərinə yandırılmır, seçim edilir. Burada çox ciddi problemlər mövcuddur, özü də çox ciddi problemlər. Ümumiyyətlə, bununla bağlı bir araşdırma aparıb və çox sərt mövqe nümayiş etdirəcəyəm".

Bu gün, 18:41
Azərbaycan XİN Ermənistana xəbərdarlıq edib
Bu gün, 18:36
İlham Əliyev Şarl Mişeli Laçın yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb
Bu gün, 11:47
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kök salmış Qasımovlar klanı – TƏFƏRRÜAT
Bu gün, 11:37
İşğal siyasətinin ilk qurbanı - Bağanis-Ayrım soyqırımından 33 il ötür
Bu gün, 11:32
ABŞ-ın Suriyadakı bazasına raketlər atılıb
Bu gün, 11:26
Xankəndi-Laçın yolunda aksiyanın 104-cü günü: ekofəallar etirazlarını davam etdirirlər
Bu gün, 11:22
“Forbes”: “Rusiya Azərbaycan Ordusunun müharibə təcrübəsindən yararlana bilərdi”
Bu gün, 11:16
Apreldə 12 gün iş olmayacaq
Dünən, 15:00
Viləşçay Su Anbarı İstismarı Idarəsinin Rəisinin Öz Qiymətləri Var – Masallı Fermerləri Qan Aglayır
Dünən, 12:28
Ararat Mirzoyan: "Ermənistan Azərbaycanla bütün kommunikasiya əlaqələrini açmağa hazırdır"
Dünən, 12:24
ABŞ Qafqazda sülh sazişinin vaxtını elan etdi: Rusiya isə skandal sənədlə yeni savaş törədir
Dünən, 12:20
İlk “Altay” tankları Türkiyə ordusunun istifadəsinə veriləcək
Dünən, 12:16
"SEPAH üzvləri arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır" - RƏY
Dünən, 12:11
Azərbaycan və Misir prezidentləri arasında telefon danışığı olub
Dünən, 12:01
Ukrayna Baş Qərargahı: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”
Dünən, 11:55
Ayxan Hacızadə Vahaqn Xaçaturyan tərəfindən Azərbaycana qarşı səsləndirilmiş əsassız iddialara cavab verdi
Dünən, 11:51
İsmayıllıda zəlzələ olub
23-03-2023, 11:24
FED-in yeni qərarından sonra manatı nə gözləyir?
23-03-2023, 11:19
ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
23-03-2023, 11:14
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
23-03-2023, 11:09
Azərbaycanda Ramazan ayı başlayıb
23-03-2023, 11:05
Oqtay Əliyev ürəyindən əməliyyat olunmuşdu?
23-03-2023, 10:51
Ermənistan - Türkiyə matçını idarə edəcək hakimin adı bəlli oldu
23-03-2023, 10:47
Ərdoğan: "Zəlzələdə dağılan binalarla bağlı 302 nəfər həbs olunub"
22-03-2023, 10:54
Pakistanda zəlzələ qurbanlarının sayı artdı
22-03-2023, 10:49
Fərrux əməliyyatı bizə hansı üstünlüklər qazandırdı? - VİDEO
22-03-2023, 10:11
Əfqanıstan və Pakistanda zəlzələ nəticəsində 11 nəfər öldü