Xaricdə təhsil almaq bundan ucuz başa gəlir... - ETİRAZ
Tələbə yataqxanalarından söhbət düşən kimi hamı ağız-ağıza verib deyir ki, 1 milyondan çox qaçqın və məcburi köçkün axınından sonra tələbə yataqxanaları bərbad hala düşdü. Sovet dövründə tələbə olmuş biri kimi deyə bilərəm ki, bu kökündən yanlış fikirdir. Biz 80-ci illərdə ADU-da (indiki BDU) oxuyanda tələbə yataqxanaları bərbad durumda idi.
Çox üzr istəyirəm, yataqxanaya girən kimi iyrənc iyi-qoxu adamı vururdu, tualetlər, mətbəxlər antisanitar vəziyyətdə idi. Həmin illərdə özüm ADU-dan tələbə elmi konfransında iştirak etmək üçün Litva Respublikasındakı Kapsukas adına Vilnüs universitetinin yataqxanasında qalmalı oldum. Gördüklərimdən dəhşətə gəlmişdim. 2 nəfərlik yataqxana otaqları bizdəki mehmanxanalar ( indiki otellər ) kimi idi. Təmizlik, səliqə, tələbələr üçün hər cürə şərait, kitabxana, televizor otağı, hamam və s...bir sözlə lüks şərait.
Yəni sözümün canı odur ki, Azərbaycandakı mövcud tələbə yataqxanaları ilə bağlı problemləri qaçqın və məcburi köçkünlərin üzərinə atmaq düzgün deyil. Bəlkə, Azərbaycandakı ali məktəblərdə və kolleclərdəki ən yüksək ödəniş haqqını da məcburi köçkünlər edib..?
Hamıya məlumdur ki, postsovet dövlətlərindən ən böyük tələbə ödəniş haqqı Azərbaycandadır. Bu məsələni dəfələrlə Milli Məclisdə qaldırıblar. Amma cənab Elm və Təhsil naziri Emin Əmrullayev bu məsələ barədə bircə dəfə də danışmayıb.
İndi təsəvvür edin ki, yazıq valideyn həm tələbə övladı üçün yüksək ödəniş etməlidir və üstəlik övladına ev kirayələməlidir. Bu rəqəmin də üstünə gəlin bu gün Bakıda olan gündəlik ərzaq və qida məhsullarının qiymətini.
İndi gördünüzmü, bir tələbəni oxutmaq valideynə neçəyə başa gəlir..? Ona görə də çoxları haqlı olaraq düşünür ki, xarici ölkədə tələbə oxutmaq, Azərbaycandan daha ucuz başa gəlir..? Buna şübhəniz varmı?
Milli Məclisin son iclaslarında deputatlar haray salır ki, qonşu ölkələrdə, o cümlədən qardaş Türkiyədə dərman preparatlarının qiyməti bizdən 4-5 dəfə ucuzdur. Bəli, xarici ölkələrdə təhsil haqqı bizdən ucuzdur, üstəlik tələbəyə çox aşağı faizlə kredit verilir. Bizim bankların kredit fazilərinin isə dünyada bərabəri yoxdur. Hətta deputatlar deyir ki, bu kredit deyil, soyğunçuluqdur. Bütün bunları yazmaqda məqsədimiz odur ki, gəlin problemi qaçqının, məcburi köçkünün, yaxud kiminsə üzərinə atmaqdan əl çəkək. Ortaya vacib sual çıxır: Tələbələrin ödədiyi milyonlarla təhsil haqqı hara gedir..?
Təsəvvür edirsiniz, minlərlə tələbəsi olan Azərbaycan Dillər Universitetinin nümayəndəsi deyir ki, yataqxanamızda 100 otaq var. Bəs qalan tələbələr nə etməlidir..? Siz elə bilirsiniz yataqxanadakı mövcud otaqları tələbələrə pulsuz verirlər..? Ay-hayy...tələbə hər ay yataqxanaya pul ödəməlidir. Bəs onda bu qədər ödəniş-təhsil haqqı nəyə lazımdır..? Ey təhsil haqqında düşünən cənablar ! Bəs “Ali təhsil haqqında” Qanun qəbul ediləndə deyirdiniz ki, tələbələr üçün sosial yataqxanalar yaradılacaq, hər cür şərait-filan... Bəs nə oldu, verdiyiniz vədlər..? Cənab nazir, Emin Əmrullayev, bu problemləri biz kənardan görürüksə, siz niyə görmürsünüz..? //gundelik-baku.com//

Dünən, 23:39
Əbülfət Nuriyev Masazırda yeni bələdiyyə sədrinə nə dərsi keçir, hansı yolları öyrədir?
Dünən, 22:50
Abşeron-Xızı Regional Təhsil İdarəsində BÖYÜK YEYİNTİ - İTTİHAM VAR!
Dünən, 22:22
CityNet internet-provayderi külli miqdarda pulları silməklə məşğuldur… - Abonentin ödənişi 10 dəqiqə gecikən kimi internet kəsilir, amma…
Dünən, 21:47
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayevin "məharətli gedişləri"...
Dünən, 21:18
Maliyyə naziri Samir Şərifovun oxuması vacibdir... - 13 saylı Şirvan Regional Xəzinadarlıq İdarəsinin rəisi, Vüqar İbrahimov vəzifə səlahiyyətlərini aşır...
Dünən, 20:45
Onkoloji xəstə olan Şəmkir sakininin pensiyası kəsilib - FOTOLAR
Dünən, 20:24
Tarix müəllimi, pedoqoq, ekoloq hara, mina təmizləmək hara...? - Nizami Hüseynov hara, Analitik İdarə hara?...
Dünən, 19:49
Ağcabədidə Qarabağ Qazisini dinləyən yoxdur - AXI NİYƏ?!
Dünən, 19:19
Buraların sahibi varmı? - ETİRAZ
Dünən, 18:50
Fikrət Məmmədovun bu vəzifəsi İnam Kərimova verilir - İDDİA
Dünən, 18:20
Başçı sarıdan bəxti gətirməyən Cəlilabad... - HAMISI KƏRƏM HƏSƏNOVUN OYUNLARIDIR...
Dünən, 16:00
İran və Rusiya Xankəndidə nə edə bilər? - Separatçılar müharibəyə hazırlaşır
Dünən, 15:30
“Sülhməramlı”ların Qarabağdakı kriminal duruma da müdaxiləsi “rəsmən” təsdiqləndi... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:06
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Tülallar kəndinə səfəri çərçivəsində “Tülallar” qızıl yatağında çalışan işçilərə yaradılmış şəraitlə tanış olub
Dünən, 15:00
Ermənistana son xəbərdarlıq: Hədəf açıq formada göstərildi - NƏ BAŞ VERİR?
Dünən, 14:51
Prezidentdən “ASAN xidmət” mərkəzləri ilə bağlı FƏRMAN
Dünən, 14:22
Əliyevin sözləri Putinin milyarder “desantı”nı Paşinyana qarşı açıq çıxışa vadar etdi... - GƏLİŞMƏ
Dünən, 14:00
Laçından verilən mesaj ünvana çatdı: Araik Bakıya təslim edilir? - İNCƏLƏMƏ...
Dünən, 13:30
Rusiya Qarabağda sülh istəmir - FAKT BUDUR!
Dünən, 12:43
Sinan Oğan nazir postuna gətirilir?
Dünən, 12:36
İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciət edib
Dünən, 12:31
Dünya liderləri İlham Əliyevi təbrik edirlər - YENİLƏNİR
Dünən, 12:26
Paşinyan: "Qarabağ məsələsi ilə bağlı həqiqəti bilmirdik"
Dünən, 11:15
DİN-dən modelin döyülməsi iddialarına REAKSİYA
Dünən, 11:10
Prezident ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisini qəbul edib
Dünən, 10:51
Həyəcan siqnalı verilib: 3 kəndimizin sakinləri köçürülüb - VİDEO/YENİLƏNİB
Dünən, 10:35
Prezident açılış mərasimində çıxış edir